çərşənbə, Noyabr 26, 2014 Bakı vaxtı 11:29

Verilişlər / İslam və demokratiya / Radiodebatlar

Əsl müsəlman toyu necə olmalıdır?

Azərbaycanda yas mərasimlərinin İslama və milli adətlərə uyğunluğu indi daha çox gündəmdədir. Bəs toylar?

x

Multimedia

Səs

-

Son günlər Dini qrumlarla Dövlət Komitəsinin tpvsiyyələri ilə yerlərdəki yas mərasimlərində verilən ehsanlar daha çox medianın gündəminə gəlir. Bəs Azərbaycan toyları necə? İslama və milli adət-ənənəyə uyğundurmu?

İslam qaydalarına görə, toylar necə olmalıdırlar? Əsl müsəlmanlar evlənəndə hansı formada şənlik etməlidirlər? İslama görə toylar Azərbaycanın toy adətlərindən nə ilə fərqlənir? Doğrudanmı, dini toylarda çalğı və rəqs qadağandır? 

Kənan Rövşənoğlu

 

"HƏZRƏT ƏLİ VƏ HƏZRƏTİ FATİMƏNİN TOYU - MÜSƏLMANA NÜMUNƏ"

"İslam və Demokratiya" radiodebatlarının qonağı olan İslamşünas yazar Kənan Rövşənoğlu deyir ki, müsəlmanlar toy edərkən nümunə kimi Həzrət Əli ilə Həzrəti Fatimənin toy mərasimi götürürlər:

Həzrət Əlinin toyu müsəlmanlar üçün nümunədir

”Orda elçiliyi Həzrəti Əleyhüssəlam özü eləyir, atasından qızı istəyir. Toy mərasimi də çox sadə keçir. Çox kasıb olan Həzrəti Əli döyüşlərdən əldə etdiyi zirehi satıb toy edir. Bu mərasimdə çalğı olmayıb, qadınlar və kişilərin məclisi təbii ki, ayrı olub”.

İslamşünas bildirir ki, toyla bağlı əsas tövsiyələrdən biri odur ki, mərasim sadə olsun, mehriyyə məbləği az qoyulsun. Ümumilikdə isə müsəlmanlar şəriət qaydalarına diqqət edirlər.

TOYDA HANSI MUSİQİ OLAR?

“Şəriət musiqiyə icazə verir. Amma elə musiqi ki, insanda şəhvət hissləri doğurmasın, insanı harama cəlb etməsin. Hətta bəzi alimlər rəqsi də qəbul edirlər, deyirlər ki, qadınlar qadın qarşısında rəqs edə bilə. Amma yenə də gərək o rəqslər İslamın qadağan etdiyi şahvani hissləri doğurmasın”.

"MİLLİ TOY MUSİQİSİZ OLURMU?"

Tarix elmləri namizədi, etnoqraf Esmira Cavadova isə Azərbaycanın zəngin toy adət-ənənələrindən danışır. Deyir ki, çalğısız, musiqisiz keçən mərasimə toy demək olmaz:

“Hələ qədim dövrlərdən Azərbaycanda keçirilən toylara xüsusi musiqiçilər çağırılıb. Qarabağ zonasındakı toylara xüsusi xanəndələr dəvət edilib. Pulu olmayan yoxsul ailələrdə isə zurna-balaban, nağaraynan toyu yola veriblər. Amma toylar heç bir halda musiqisiz keçməyib”.

Esmira Cavadova

Sadəliyə gəlincə, keçmişdə 40 gün 40 gecə toy ediblər. Sonra bu müddət 7 gün-7 gecə olub. Toyun müddəti daha sonra 3 gün və nəhayət 1 günə düşüb. Lakin İslam tələblərində olduğu kimi qədimdə Azərbaycanda da kişilər və qadınların toy məclisi ayrılıqda olub. Müasir dövrdə isə bu tələblər unudulub.

E.Cavadova söyləyir ki, qədim dövrdə gəlinin cihazları siyahısının başında Quranın adı yazılıbmış. Bu adət indi də qalıb. Amma İslam tələbi olan mehr indi verilmir.

DƏRVİŞ TOYLARI MÜSƏLMAN TOYU DEYİL?

Kənan Rövşənoğlu hazırda Azərbaycanda dəbdə olan dərviş toylarının əsl müsəlman toyundan fərqli olduğunu deyir. Onun sözlərinə görə, bu məclislər daha çox sufilərə bağlıdır:

“Dərviş toyunun qaydaları daha sərtdir, daha dindar toyudur. Fərq ondadır ki, dərviş toyunda musiqi olmur, ancaq qaval səslənir, Peyğəmbərə və əhli-beytinə mədhiyyələr söylənilir. Hətta dərviş toylarına gedən musiqiçilər də fərqlənir. Məsələn, “Əhli-Beyt” qrupu özlərini dərviş hesab edirlər. Bəzi qruplar isə yalnız dini mahnılar oxuyur”.

Bir neçə dərviş toyunda olan etnoqraf Esmira Cavadova deyir ki, belə mərasimlərdə qonaqları əyləndirmək üçün müxtəlif oyunlar, gözbağlıcalar təşkil olunur, fala baxılır:

“İndi bizim müasir toylarımızda çox atdanıb-düşürlər. Görün, dini toylarda bunu etmək olarmı? Həm də indiki toylarda çox israfçılığa yol verilir. O qədər yemək olur ki, bunları yemək sağlamlığa xeyir gətirməz”.

DİNİ TOYLARDA MENYU

Kənan Rövşənoğlu deyir ki, müasir toylarda İslamın əsas tələbi olan sadəliyə əməl olunmur:

“Qurani-Kərim deyir ki, yeyin-için, amma israf etməyin. Amma Bakıda keçirilən dini toyların süfrəsi digərlərindən fərqlənmir. Menyu olduğu kimi qalır, təbii, içki çıxarılmaq şərtilə. Hamımız eyni cəmiyyətin nümayəndələrik. Heç kim istəmir ki, başqasından geri qalsın. Bunu isə islamiyyətə dəxli yoxdur”.

İslamşünas da təsdiqləyir ki, bəzi toylara gələn qonaqlar ev sahibinin mömin olmasına rəğmən, özləri ilə içki götürürlər. K.Rövşənoğlu bunu toy yiyəsinin hisslərinə hörmətsizlik sayır.

SƏN NƏ DEYİRSƏN?

- Azərbaycandakı yas mərasimlərinə göstərilən diqqət və qadağalar, toylara da aid olunmalıdırmı?

- Bugünkü toylar milli adət ya İslama uyğundurmu, və ümumiyyətlə olmalıdırmı?

- Müsəlman toyu haqda müzakirədə deyilən fikirlərlə razısınızmı?

Şərhləri sırala
Yaz (32)
Səhifə (2)
    Növbəti 
Kimdən: Rəşad Haradan: Gəncə
19.09.2014 13:59
BƏLİ BU QADAĞALAR TOYLARA DA OLMALIDIR.
BUGÜNKÜ TOYLAR İSLAMA UYĞUN DEYİL. İSLAMA GÖRƏ TOYDA QADINLARLA KİŞİLƏR AYRI OLMALIDIR. MUSİQİ İSƏ ÜMUMİYYƏTLƏ HARAMDIR. BÜTÜN SƏHİH QAYNAQLAR BİZƏ BUNU ÖYRƏDİR.

Kimdən: oxucu Haradan: Mars
17.09.2014 19:57
Toylari,yaslari,ad gunu ve diger senlikleri inzibati yollarla tenzimlemek mene absurd gorunur. Umumiyyetle,bele bir mexanizm varmi? Polismi nezaret edecek? Mumkunsuz gorunur. Eger kimse debdebeli toy etmek isteyirse,neye gore onun bu secimine hormet gosterilmesin( ya da sade ziyafet isteyirse)? O ki qaldi,dine uygunluq meselesine,Azerbaycan dunyevi olkedir,hec kim dini qaydalara uygunlasmaga mecbur deyil. Yas merasimleri ona gore dini qaydada kecirilir ki,oldukden sonra hec kim o insandan dindar olub olmadigini sorusmur) Toylari ise here oz zovqune uygun teskil etse gozel ve rengareng olar. Lakin sadliq saraylarinda menyu mesesinde tenzimlemeler(hemcinin mehdudiyyetler) olmalidir.Akustika,erzagin keyfiyyeti meselelerine de nezaret lazimdir,cunki sadliq saraylarinda toy etmek hetta kendlerde de artiq enene halini almaqdadir. Esas keyfiyyeti temin etmekdir, keyfiyyetli xidmet ve azar reqabet muhitinde teklif qiymetleri tebii yolla asagi dusecek.

Kimdən: Mahmud Haradan: Naxcivan
17.09.2014 17:42
Can canani ounamaq olar

Kimdən: Anonim
14.09.2014 08:48
men hec kimin xetrine deymek istemirem lakinbu gunku toylar azerbaycan xalqina yarawmayan veziyyetdedir.kiwiler xanimlarini beziyib icki meclislerine aparib ordahaldan duwene qeder oynadirlar. helbetde bu hamiya aid deyil.

Kimdən: Baycan
13.09.2014 18:30
Bəşəriyyətin nicat yolunun islam olması İslam ölkələrinin vəziyyətindən bəllidir. Azərbaycan dünyəvi dövlətdir. Hər kəs öz toyunun necə olmasına özü qərar verməlidir.
Cavab

Kimdən: Elvin Haradan: Bakı
13.09.2014 21:41
İslam ölkelerinin veziyyeti en yersiz söhbetlerdendir.

Kimdən: anar Haradan: bakı
13.09.2014 18:11
sәlәfilәr әn düzgün toy edirlәr,düzdü tam İslam qaydalarına uymasada әn çox uyan bizik. qadınlar şәnlәnmәk üçün öz aralarında musiqi,şer deyirlәr. amma kişilәr olan zalda isә nә musiqi,nәdә haram içkilәr. hәmdә kişilәr ciddi olmalıdı,kişilәr nә qadın nәdә uşaq xasiyyәtli olmalıdı. Allah zikir edәn söhbәtlәr etmәlidi,hal әhval tutub,yeyib içib,şükr edib,pul salıb getmәlidi,pulu yoxdusa qonaq olsun

Kimdən: Mübariz Haradan: Almaniya
13.09.2014 03:22
Ne israf etmeli, ne de qısmalıdır. Bunların ortasını bulmak ise makbuldür.
(Simic olma, israf da etme!) [İsra 29]

Amr bin Şuayb atası ve babasindan(dedesinden) bele xeber etdi:
“Rasulullah (Sallallahu Aleyhi ve Sellem):
‘İsraf ve tekebbür etmeden, yeyiniz, tasadduk(sadaka vermek) ediniz ve geyininiz!’ buyurdu.”
Nesei 2558, İbni Mace 3605

Qeyd:Islam dinine göre israf haramdir. Israf her sheyi kapsar.

Kimdən: xəzər
13.09.2014 01:17
YA DA ƏN YAXŞISI ODURKİ TOYDA DA YAS YERİNDƏ OLDUĞU KİMİ YALNIZ ÇAY SÜFRƏSİ AÇILSIN.

Kimdən: xəzər
13.09.2014 01:14
Dünya praktikasına əsasən toylarda yemək məsələsində ən ucuzu büfe (rusca shvedskiy stol, ingilisce Swedish-style buffet) üsuludur. Qərbdə ən geniş yayılmış üsuldur. Bizim şadlıq evlərini məcbur etmək lazımdır ki, menyu 15-20 manatdan yüksək olmasın. Şadlıq evlərini həmçinin məcbur etmək lazımdır ki, mətbəxlərdə video kameralar quraşdırsınlar ki ofisiantlar oğurluq etməsinlər. Digər tərəfdən səslənən mahnıların səsin şiddətinə desibel məhdudiyyəti qoyulmalıdır. Axtarsan çox şey tapmaq olar və dövlət istəsə bu sahəni nizamlaya bilər, təkrar edirəm əgər istəsə.

Kimdən: Çurban Haradan: Sınmışoğlu
23.05.2011 20:25
vəhabilik-

ABŞ ərəb ölkələrindən istədiyini almaq üçün onları inqilablar yolu ilə devirmək və öz “yetişdirmələrini” hakimiyyətə gətirməyə çalışır: “ABŞ Liviyada demokratiya adı ilə yeni bir işğal siyasəti həyata keçirir. Xaosu idarəetmə nəzəriyyəsi də ABŞ siyasətçiləri tərəfindən hazırlanıb və indi bunu inqilablar adı ilə gerçəkləşdirməyə çalışırlar. Gürcüstanda, Qırğızıstanda ABŞ-ın dəstəyi ilə həyata keçirilən rəngli inqilablar lazımi nəticəni vermədi. Bu isə, Amerikanı öz taktikasını dəyişməyə vadar etdi. İndi ABŞ bu inqilabları diktatura rejimlərinin hakim olduğu ölkələrdə yetişdırılən öz adamlarının əli ilə reallaşdırır. Vaxtilə Osmanlı imperiyasını ingilislər belə dağıtdı. Vəhabilik də ingilislər tərəfindən bu yolla gündəmə gətirildi. Sovet imperiyasını da Qorbaçovun əli ilə dağıtdılar. Bu gün isə ABŞ və İngiltərə köhnə siyasətlərini yenidən tətbiq etməyə başlayıblar.
Səhifə (2)
    Növbəti 

Müzakirəyə sən də qatıl!

İslamda baş kəsmək və əsirlər

Özünü cihadçı elan edən terrorçu təşkilatların dinc sakinləri girov götürüb başlarını kəsməsini İslamla əlaqələndirməsi nə qədər doğurdur? İslam nə deyir?

88 şərh

E.L.I.: Tövrat,Zäbur vä Incil. Mäqzi..Adäm vä Havvanin günahi ucbatindan cännätdä sonsuz yasam itrilir...Günaha görä ... davamı

Azadlığın arxivindən - 2013

Suriyadakı azərbaycanlı döyüşçülər

Suriyada vuruşan azərbaycanlılar

Müxtəlif məlumatlara görə, Suriyada Bashar Assada qarşı islamçı yaraqlı dəstələrində 60-270 arası azərbaycanlı vuruşur, və 2 ildə 30 nəfəri həlak olub davamı

İslam haqda bildiklərini yoxla!

Question image

Bu, dindir, ya mövhumat? (Viktorina)

Gündəlik həyatda rastlaşdığımız bir çox alışqanlıqlar, davranışların dinlə - İslamla bağlı olduğunu düşünənlər çoxdur. Bunların hansıları həqiqətən islama söykənir, hansıları isə sadəcə mövhumat və ya başqa şeylərlə bağlıdır? Biliyinizi yoxlayın.

BUNLARA DA BAX