Şənbə, Fevral 04, 2012 Bakı vaxtı 08:36

İqtisadiyyat

Cənubi Koreya Azərbaycana 2 milyard dollara yaxın sərmayə qoyacaq

«Hazırda Azərbaycan Koreya şirkətlərinin birindən aldığı razılaşmanın şərtlərini qiymətləndirir»
x
«Hazırda Azərbaycan Koreya şirkətlərinin birindən aldığı razılaşmanın şərtlərini qiymətləndirir»
Şriftin ölçüsünü dəyiş - +

Yaxın vaxtlarda Cənubi Koreya Azərbaycana 2 milyard dollara yaxın sərmayə qoyacaq. Sərmayə əsasən qeyri-neft sektoruna yönəldiləcək.


Avqustun 27-də Bakıda keçirilən Koreya-Azərbaycan iş adamlarının biznes forumunda İqtisadi İnkişaf naziri Heydər Babayev deyib ki, bu ölkə ilə əməkdaşlıq yeni mərhələyə keçir. Koreya şirkətləri Azərbaycanda fəallaşırlar. Onlar daha çox qeyri- neft sektoruna maraq göstərməklə digərlərindən fərqlənirlər:


«Hazırda Azərbaycan Koreya şirkətlərinin birindən aldığı razılaşmanın şərtlərini qiymətləndirir. Qiymətləndirmə yekunlaşandan sonra onlara cavab veriləcək».


Nazirin sözlərinə görə, söhbət energetika, gəmiqayırma və digər sahələrdən gedir.