Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 22:15

«Bakı Taxıl Terminalı»nın açılışı olub


Dəyirman işə düşdükdən sonra işçilərin sayı 100 nəfərə çatacaq
Dəyirman işə düşdükdən sonra işçilərin sayı 100 nəfərə çatacaq

Aprelin 4-də Bakı ətrafında yerləşən Hövsan qəsəbəsində «Bakı Taxıl Terminalı» Azərbaycan-Qazaxstan müştərək müəssisəsi tərəfindən tikilən «Bakı Taxıl Terminalı»nın açılış mərasimi olub.


«Turan»ın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və Qazaxstanın Baş naziri Kərim Məsimov iştirak ediblər.


«Bakı Taxıl Terminalı» müştərək müəssisəsi Azərbaycanın «Planet L» Açıq Səhmdar Cəmiyyəti və Qazaxstan Kənd Təsərrüfatı Nazirliyi yanında «AK Bidey» Səhmdar Cəmiyyəti tərəfindən yaradılıb.


İlk vaxtlarda liman terminalının gücü ildə 500 min ton, perspektivdə isə 800 min ton təşkil edəcək.


Obyektin tikintisi 6 milyon dollara başa gəlib.Terminal qazax layihəçilərin, azərbaycanlı inşaatçıların və liman terminallarının tikintisi üzrə ixtisaslaşmış Fransadan, Belçikadan və İspaniyadan olan şirkətlərin birgə səyi ilə tikilib.


Terminal taxılın Qazaxstandan Azərbaycana gətirilməsi, saxlanması və buradan digər ölkələrə və Qara dəniz regionuna nəqli üçün nəzərdə tutulub.


Layihənin ikinci mərhələsində sutkada 150 min ton un istehsalı gücündə dəyirmanın və çörək-bulka kombinatının tikintisi nəzərdə tutulur.


Terminalda 60 nəfər işləyir, dəyirman işə düşdükdən sonra isə işçilərin sayı 100 nəfərə çatacaq.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG