bazar, Noyabr 23, 2014 Bakı vaxtı 20:54

Siyasət

Milli Məclis Xocalı faciəsini soyqırım kimi tanıdı

Faciə ilə bağlı faktların toplanması üçün parlamentdə İnformasiya Mərkəzinin yaradılması qərara alınıbFaciə ilə bağlı faktların toplanması üçün parlamentdə İnformasiya Mərkəzinin yaradılması qərara alınıb
x
Faciə ilə bağlı faktların toplanması üçün parlamentdə İnformasiya Mərkəzinin yaradılması qərara alınıb
Faciə ilə bağlı faktların toplanması üçün parlamentdə İnformasiya Mərkəzinin yaradılması qərara alınıb

Fevralın 27-də Milli Məclis Xocalı qırğınının azərbaycanlılara qarşı törədilən soyqırım olması barədə qərar qəbul edib. Parlamentin qəbul etdiyi bəyanatda xarici ölkələrin parlamentləri və beynəlxalq təşkilatlardan bu hadisələri soyqırım kimi tanımaq xahiş edilir.


Parlamentin qəbul etdiyi sənədlərdə bu qırğında iştirak edənlərin adları açıqlanır, onların indi hansı vəzifələrdə çalışmaları barədə məlumat verilir. Sənəddə deyilir: «Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda –Dağlıq Qarabağı nəzarətdə saxlayan rejimin «müdafiə naziri»), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər şəxslərin bir qisminin adları bu gün Azərbaycan tərəfinə məlumdur».


Parlament Ermənistanın Azərbaycana təcavüzü, işğal zamanı törədilən cinayətlər, xüsusən də Xocalı qırğınına dair faktların toplanması və yayılması məqsədilə Milli Məclis yanında İnformasiya Mərkəzinin yaradılması qərara alınıb.


Qərarda Xocalı faciəsini törədənlərin hamısının müəyyənləşməsi və məsuliyyətə cəlb olunmaları istiqamətində hüquq mühafizə orqanlarına səylərini gücləndirmək tövsiyə edilir.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini işğal edib. Şəhər işğal olunarkən 613 nəfər qətlə yetirilib. 1300 nəfərə yaxın mülki vətəndaş girov götürülüb. Onların 150 nəfərinin taleyi indi də məlum deyil.  


Oxumaq məsləhətdir...