Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:15

Çılpaq qızlar kitab oxuyacaqlar!


Məşhur şairlərdən biri deyib: ən gözəl şeirdir qadın bədəni!..

Görəsən, şeirə şeir əlavə etməyə ehtiyac varmı?

“Naked Girls Reading” – çılpaq qızların publika üçün kitablardan parçalar oxuması – dünyada belə şey də varmış...

...2009-cu ildə Amerikada dəbə minib.

Həmin il Çikaqodan başlayaraq bütün Amerika boyu keçirilmiş belə tədbirlərdə anşlaq olub.

İndi təşkilatçılar Amerika sərhədlərini aşıb Britaniyaya gəliblər.

“Naked Girls Reading” – bu dəfə - aprelin 23-də Londonda olacaq.

"Əynində ancaq əyni olan" gözəl qızlar (təşkilatçılar afişada dönə-dönə qeyd edirlər ki, qızlar doğrudan da çılpaq olacaq, yəni bəzi şoular kimi bu, aldadıb tamaşaçı yığmaq deyil..) bu dəfə kral ailələrinin həyatı haqda kitablardan parçalar oxuyacaqlar.

Niyə?

Çünki bu mövzu indi Britaniyada çox aktualdır.

Britaniya Krallığında indi hamı səbirsizliklə şahzadə William ilə sevgilisi Kate Middleton-un toy mərasimini gözləyir.

Amma çılpaq qızların “repertuarına” çox ciddi ədəbiyyat da daxildir.

Məsələn Amerikadakı tədbirlərində onlar Ceyms Coys, Oskar Uayld və başqa məşhur yazarların da əsərlərindən parçalar ifa edirlər.

Afişada qeyd edilir ki, “Siz lüt bədən görməkdən ötrü gələ bilərsiz, amma bilin ki gələndən sonra bir sözü də qaçırmacaqsınız...”

Afişada tədbirin yeri elan edilmir, yalnız on-line bilet alanlara bu haqda tədbirdən bir gün qabaq e-mail-lə məlumat verilir.

Biletin qiyməti 12 funt-sterlinqdir (Təxminən 15 manat)

Tədbirə yalnız yaşı 18-i keçənlər buraxılır.

Sizcə getməyə dəyər?..

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG