Çərşənbə, Aprel 16, 2014 Bakı vaxtı 21:16

Bloqlar

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan...(III yazı)

Müxalifət partiyalarının yerləşdiyi binaMüxalifət partiyalarının yerləşdiyi bina
x
Müxalifət partiyalarının yerləşdiyi bina
Müxalifət partiyalarının yerləşdiyi bina
Şriftin ölçüsünü dəyiş - +
Naxçıvan şəhərində qayda-qanun hökm sürür. Marşrut avtobusları xüsusi qrafiklə  işləyir, bütün sürücülər təhlükəsizlik kəmərlərindən  istifadə edirlər.

Əvvəllər hər addımda rast gəlinən, bellərindən qandal asılmış polislər indi demək olar ki, gözə dəymirlər.

İctimai-siyasi vəziyyəti öyrənmək üçün müxalifət partiyalarının yerləşdiyi binaya gedirəm. Nizami- 41 ünvanında yerləşən binada üç müxalifət partiyasının yerli təşkilatları fəaliyyət göstərir. Bunlar AXCP, Müsavat və Ümid partiyalarıdı. Partiyaların vəziyyəti ilə maraqlanmaq üçün öncə Ümid partiyasının yerləşdiyi iki otaqdan ibarət olan ofisə girirəm.

NAXÇIVAN MÜXALİFƏTİNİN ACINACAQLI VƏZİYYƏTİ...


Otaqlardan birinin tavanı uçub dağılıb. Otaq demək olar ki, qəzalı vəziyyətdədi. Yerli təşkilatın sədri Faiq Əliyev deyir ki, imkansızlıq ucbatından ofisi təmir etdirə bilmirlər.

Faiq Əliyev
AXCP yerli təşkilatının sədr müavini Yaşar Bağırsoy isə deyir ki, Naxçıvanda siyasi və iqtisadi vəziyyət dözülməz olduğundan partiya üzvlərinin əksəriyyəti muxtar respublikadan kənarda yaşamağa məcbur olublar:

«Naxçıvanda vəziyyət ağırdı. İşsizlik baş alıb gedir. İnsanlar nahaqdan incidilirlər. Sadə vətəndaşlara sahibkarlıqla məşğul olmağa imkan verilmir. Son vaxtlar məmurlar kəndlərdəki kiçik dükanları da öz nəzarətlərinə keçiriblər. Bu səbəblərdən Naxçıvan sürətlə boşalır. Əhalinin demək olar ki, 70 faizi Naxçıvandan kənarda yaşayır. Elə kəndlər var ki, tamamilə boşalıb. Həmin kəndlərdə demək olar ki, heç kim yaşamır»

Müsavat Partiyası yerli təşkilatı sədrinin müavini Sabir Vəliyev də deyir ki,  Naxçıvanda müxalifətçilərilərin vəziyyəti sadə vətəndaşlara nisbətən daha acınacaqlıdı:

«MÜXALİFƏTÇİLƏRƏ HEÇ, FƏHLƏ İŞLƏMƏYƏ DƏ İMKAN VERMİRLƏR»

«Müxalifətçilərə heç, fəhlə işləməyə də imkan vermirlər. Elə buna görə də Naxçıvanda demək olar ki, müxalifətçi qalmayıb. Əksəriyyət tərk edib Naxçıvanı. Bizim təşkilatın sədri Meydan Babayev Bakıda fəhləlik edir. Digər üzvlərimiz də Türkiyədə, İranda, Bakıda işləyirlər. Fəallıq etmiş elə üzvlərimiz var ki, İndi Naxçıvana qayıtmağa qorxurlar»

«NAXÇIVANDA MÜSTƏQİL JURNALİST OLMAQ TƏHLÜKƏLİDİ»

Naxçıvanda müstəqil mətbuat olmasa da çox az sayda  müstəqil jurnalistlər var.Reportyorların Azadlığı və Təhlükəsizliyi İnsititutunun (RATİ) əməkdaşı Elman Abbasov deyir ki, yerli hakimiyyət orqanları Naxçıvanda azad sözün olmasını istəmirlər:

«Naxçıvanda 3-4 müstəqil jurnalist fəaliyyət göstərir ki, yerli hakimiyyət tərəfindən onların işləməsinə həmişə problemlər yaradılır. Onlar daim fiziki və mənəvi-psixoloji təsirlərə məruz qalırlar. Mütəmadi olaraq hədələnirlər. Fəaliyyətləri hakimiyyət tərəfindən izlənilir. Jurnalistlərə müsahibə verən şəxslər incidilir. Bütün məmurlara müstəqil mətbuat nümayəndələrinin sorğularına cavab verməmək haqda tapşırıq verilib. Buna baxmayaraq, burada işləyən jurnalistlər çətinliklə olsa da fəaliyyətlərini davam etdirirlər. Naxçıvanda müstəqil jurnalist kimi fəaliyyət göstərmək təhlükəlidi»

Elman Abbasov
Elman Abbasovun dediyi təhlükə bir müstəqil jurnalist kimi mənə də aid idi. Bunu əvvəlki təcrübələrimdən də bilirdim. Lakin, bu dəfəki 15 günlük Naxçıvan səfərimdə rəsmilərdən müsahibə almaqda çətinlik çəksəm də təqib olunmamağım məndə xoş təəssürat yaratmışdı. Bu dəfə bir jurnalist kimi özümü daha sərbəst hiss edirdim.


Naxçıvandakı işlərimi tamamlayıb Bakıya qayıtmaq üçün Naxçıvan aeroportuna gəlirəm.

Bu dəfə Bakıya uçan təyyarədə Heydər Əliyev haqda çəkilmiş başqa bir film göstərilirdi.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan... (I yazı)
Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan...(II yazı)
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: dosent Haradan: Naxçıvan
18.04.2011 18:34
Belə görünür ki, bəzilərinin də çörək pulu Naxçıvana və onun rəhbərliyinə şər-böhtan atmaqdan çıxır. Naxçıvan hazırda dünyanın ən təhlükəsiz, inkişafda olan, təmiz və gözəl bölgələrindən biridir. 1990-cı illərin çətin günlərində buradan gedib Moskvadan, Avstriyadan, Ukraynadan və b. yerlərdən nə isə yazanlar isə həmin illərdəki anarxiyaya nostalgiya duyanlardır. Mən şəxsən azərbaycanlı olmağımdan və Naxçıvanda yaşamağımdan qürur duyuram.

Kimdən: FEXREDDİN Haradan: NAxçıvan
31.03.2011 11:35
MƏN YAFƏZİN YAZDIQLARINDA HƏQİQƏT GÖRMÜRƏM. BU YAZILARI OXUYANDA AÇIQ AYDIN HİSS OLUNUR Kİ O BİRTƏRƏFLİ OLARAQ HƏRŞEYƏ MƏNFİ MÖVQEY TUTUB. BU ADAM HAY KÜY SALMAMIŞDI Kİ, MƏNİ nAXÇIVANDA ÖLÜM GÖZLƏYİR? YAFƏZ ÖZÜ ÖZ YALANLARINI İFŞA ETDİ. NAXÇIVAN YAŞAMALI YERDİR. ÇOX GÖZƏLDİR. SON İKİ İLDƏ ƏHALİNİN GƏLİRLƏRİ HƏYAT ŞƏRAİTİ LAP ARTIB. ÇOXLU YENİ YAŞAYIŞ EVLƏRİ TİKİLİB. DEMƏLİ ƏHALİNİN SAYI LAP ARTIB VƏ ARTMAQDA DAVAM EDİR. BU İSƏ DÜŞMƏNLƏRİ BELƏ NARAHAT EDİR
Cavab

Kimdən: gunelhasanova Haradan: Baki
08.04.2011 18:12
MEN NAXCIVANLA BAGLI YAZILANLARA HEC DE RAZI DEYILEM. NAXCIVAN BIZIM COX GOZEL SEFALI MEKANLARIMIZDAN BIRIDIR. OZUM NAXCIVAN DOVLET UNIVERSITETININ MEZUNUYAM QIYABI OXUMUSAM HER 6 AYDAN BIR DERSE GEDIRDIRM HER DEFE DE YENILIK GORURDUM BU YENILIKLER AZERBAYCANIN HEC BIR BOLGESINDE BELE SURETLE OLMUR COOX EFSUSLAR OLSUNKI... MEN ILK DEFE ISIQFORUN SANIYE ILE ISLEMESINI DE NAXCIVANDA GORMUSEM, BU DA ELBETDEKI TEHLUKENI ARADAN QALDIRIR HEC BAKIDA BELE SERAIT YOXDUR,SEHERIN HER YERINDE KAMERALAR VAR HEMISE INSANLARIN TEHLUKESIZLIYI TEMIN OLUNUR ICTIMAI ASAYIS QORUNUR. MEN ORADA 5 IL OXUDUM 1 DEFE DE OLSUN QANUN POZUNTUSUNUN SAHIDI OLMADIM, BELE QAYDA QANUN INSALLAH AZERBAYCANIN BUTUN REGIONLARINDA DA OLACAQ, MEN EMINEM KI OLACAQ. ORXANIN DEDIKLERI ILE DE RAZIYAM BU YAZINI YAZANLAR OLKEMIZIN CICEKLENMESINE PAXILLIQ CEKEN INSANLARDR...NAXCIVAN UCUN COX DARIXMISAM INSALLAH YAXIN ZAMANDA MENE DOGMA OLAN YURDUMUZA QONAQ GELECEM ^_^
Cavab

Kimdən: Azad Azerbaycan Haradan: Baki
07.04.2011 01:10
ola bilermi ki siz Isvecre ve ya Norvec haqqinda danishirsiniz ve bunu naxcivanla sehv salirsiniz?
Cavab

Kimdən: Orhan Naxcvan Haradan: Naxcivan
06.04.2011 16:54
Salam! Adətən gündəlik KİV-i yaxından izləməyə çalışıram. Özümdə həm yerli, həmdə xarici mətbuatda çalışmışam. Bu yazıyada bir Naxçıvanlı kimi cavab verməyi özümə borc bildim. Əziz jurnalist Siz əslində qərəzli bir yazı yazı hazırlamağa cəhd göstərmisiniz ancaq bu dəfə xeyir şərə qalib gəlib, qələminiz sizin kirli yazılarınızdan bezib ve həqiqətləri yazmağa çalışıb. Naxçıvanda sözün əsl mənasında qanun-qayda yaradılıb. Burada ictimai sabitlik, iqtisadi müvəfəqiyyət var. Burada düzdür ki sürücülər nizam intizamlı hərəkət edir. Nəyi pisdir Bakıda olduğu kimi təcrübəsiz, damağında siqaret, vətəndaşla, sürücülərlə rəftarnı bilməyən bəzi sürücələrin olmağı dahamı yaxşıdır. Kim nə deyirsə desin Naxçıvana gələn hər bir kəs burada necə yüksək səviyyəli işlər getdiyini yaxşı görürlər. Məndə bir zamanlar Bakı şəhərində yaşayırdım və bu şaiyələri daim eşidirdim. Azərbaycanın bütün bölgələrində olmuşam, çox sevinərdim ki, Naxşıvanda olan qayda-qanun və nizam intizam digər bölgələrimizdə də öz həllini tapsın. İnanıram ki gec olmadan bu olacaq. Vətəndaşlara yalan-yalnış informasiya vermək ilk başda peşə fəaliyyətinə ziddir. İkinci olaraq insanın əxlaqına uyğun deyil. Burda heç bir sahibkar incidilmir, kənt təsərrüfatına ayrılan kreditlər ünvanına çatdırılır, əkinçiyə dövlət öz büccəsindən pay verir, vergidən azad edir bunları uzadmaq olar. Sadəcə bildirmək istəyirəm ki gəlin bu bölgəni ayırmayaq. Azərbaycan bir bütün candır, Naxçıvanda onun bir parçasıdır. İşsizlik bu gün Avropada da ən böyük problemdir. Hər şey zamanla öz həllini tapacaq. İradəli olmaq lazımdır, kişi kimi dik mərt ayaq üstündə duraq. Birliyimizi pozmayaq, sözümüz özümüzə xoş gəlsin. Mən bütüanlıları azərbaycanlıları çox sevirəm. Bunları qərəzli yazmıram. Səmimiyyətlə yazıram. Biri birimizin əleyhinə-ziddinə hərəkət etmək bizə ancaq ziyan gətirər... Axı bizim ATALARIMIZ böyük kişilər olublar...
Cavab

Kimdən: Azad Azerbaycan Haradan: Baki
07.04.2011 01:09
eger Allahdan qorxmursansa onda istediyini danish,ama yene de unutma,Allah seni gorur.
burda kimi qandirdigini sanirsan,biz bilmirik Naxcivanda hansi veziyyet hokm surur?hele son 8 min dollarliq inek biabirciligindan danishmiram

Kimdən: HECİ Haradan: BAKI
30.03.2011 12:33
Çox sevindirici haldır ki "cənab jurnalist" yalanları ilə bərabər Naxçıvanın sosial-iqtisadi inkişafından, gözəlliyindən, sürücülərin nizam-intizamındanda yazmağı unutmayıb.

Kimdən: Adsiz Haradan: Baki
30.03.2011 12:30
Men ozum Naxchivandanam. Bakida ortabab vezifede ishleyirem. Her gun metbuati hemchinin Azadliqin saytini oxuyuram. Naxchivan haqda yazilarin uchunu de oxudum.Sherh yazmamaqdan ozumu saxlaya bilmedim. Muellif Naxchivanda bash verenleri ele ustaliqla chatdirir ki adam heyran qalir. jurnalistikada az=chox bashim chixir. Deye bilerem ki meqale chox professiomal hazirlanib. Teyyarede bash verenler menim de bashima gelib. Diger yazilanlar da demek olar ki duzgun yazilib. Qerez hiss olunmur.Azadliqa teshekkur edirem ki Naxchivandan da qerqzsiz ve professional yazi hazirlayib bizlere teqdim etdi

Kimdən: ali Haradan: moskva
27.03.2011 16:00
hormetli yazar,axi size hele teyyarede filim gostermisdiler,daha 1 hefte orda qalmaginiza gerek yox idi.filim her seyi gosterirdi))