Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:15

ABŞ-Rusiya arasında «soyuq müharibə» başlayır?


Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zakharova, 4 fevral, 2016
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zakharova, 4 fevral, 2016

Vaşinqton Amerikadakı rusiyalı diplomatların hərəkət radiusuna limit qoymaq istəyir

Rusiya Xarici Işlər Nazirliyi Vaşinqtonu xəbərdar edib ki, əgər onun diplomatlarının hərəkətinə qadağalar qoyulsa, rəsmi Moskva da eyni cür davranacaq, eyni məhdudiyyətləri tətbiq edəcək.

Bu xəbərdarlıqla bağlı Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Maria Zakharova bu həftənin ortalarında keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazirliyin bu xəbərdarlığı ABŞ Senatında rusiyalı diplomatların hərəkət radiusunun məhdudlaşdırılmasını təklif edən qanun layihəsi ilə bağlıdır. Məlumatlara görə, qanun layihəsində Rusiya səfirliyinin əməkdaşlarına və ABŞ-dakı konsulluq əməkdaşlarına Soyuq Müharibə dövrünün nəzarət tələblərinin tətbiq olunmasından söz açılır.

Yalnız 80 km-ə radiusunda hərəkət izni

Qanun layihəsi ilə bağlı ilk dəfə BuzzFeed News xəbər yayıb ki, əgər Federal Təhlükəsizlik Xidməti bütün rusiyalı diplomatların postlarına təyin olunduğu ilk üç ay ərzində onlara hərəkət məhdudiyyətinin tətbiqinin vacibliyi ilə bağlı yazılı hesabat versə, Rusiya diplomatlarına postlarında fəaliyyətə başladıqları ilk üç ay ərzində olduqları ərazidən 80 km-ə qədər hərəkət etməsinə icazə verilsin.

BuzzFeed adının çəkilməsini istəməyən ABŞ kəşfiyyat rəsmisinə istinadən xəbər verir ki, rusiyalı diplomatlarının dəfələrlə 5-ci günlər günortadan sonra 80 km radiosunda səyahət etmələri və bunun əks kəşfiyyatın onların hərəkətinə nəzarət etmək imkanlarına maneələr yaratması ilə bağlı Dövlət Departamentinə məlumatlar daxil olub.

Qanun layihəsində Rusiya casuslarını, Rusiya təbliğatının sponsorlarını və digər fəaliyyətləri aşkara çıxaran və prezidentin təyin etdiyi əks kəşfiyyat qrupunun bərpasına çağırır.

Soyuq Müharibə dövründəki əks-kəşfiyyat qrupu bərpa edilə bilər

Qrup «Rusiya Federasiyasının Adamlar və Hökumətlər üzərində Gizli Təsir Gücünə qarşı Fəaliyyətlər Komitəsi» adlana bilər. Qrupun adı Soyuq Müharibə dövründə sovet casuslarına qarşı fəaliyyət göstərmiş əks-kəşfiyyat qrupunun ilə adı ilə səsləşir.

Təklif olunur ki, qrupa Dövlət Departamentindən, kəşfiyyat xidmətindən və bir neçə icraedici orqanlardan əməkdaşlar daxil edilsin. Qrupun fəaliyyəti çevrəsinə casusluq şəbəkəsinin aşkarlanması ilə yanaşı Rusiya lehinə media manipulyasiyası və gizli maliyyə fondları ilə bağlı araşdırma aparması da daxil edilib.

Mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, bununla ABŞ-dakı Rusiya səfirliyinin və konsulluqların əməkdaşları «həddindən artıq diqqət» təzyiqi altındadırlar».

«Biz də analoji addım atacağıq»

«Rusiya səfirliyinin əməkdaşları mütəmadi xüsusi kəşfiyyat orqanlarının təxribat hədəfi olurlar, rəsmi görüşlər zamanı müxtəlif maneə və məhdudiyyətlərlə üzləşirlər», - Maria Zakharova deyir.

«Əgər Vaşinqton həqiqətən də mövcud olma razılaşmasını pozarsa, əlbəttə ki, biz də bu hərəkətə qarşılıqlı cavab verəcəyik və Rusiyadakı amerikalı diplomatlara eyni məhdudiyyətləri tətbiq edəcəyik», XİN sözçüsü bildirib.

Maria Zakharova bunu Twitter hesabında da vurğulayıb, yazıb ki, əgər ABŞ-dakı Rusiya diplomatlarına hərəkət limiti tətbiq edilsə, «biz də Rusiyadakı amerikalı diplomatlara analoji addımı atacağıq».

Bu, ABŞ hökumətinin 2017-ci il üçün kəşfiyyat siyasətini tənzimləyən iri qanun layihəsinə daxildir.

Qanun layihəsi may ayında Senatın Kəşfiyyat komitəsində səs alıb, indi Senatın müzakirəsinə veriləcək.

XS
SM
MD
LG