Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:00

Albanlar 1 milyon avro qazandı


Alban azarkeş. Avro-2016
Alban azarkeş. Avro-2016

-

Qrup mərhələsində 3 xal qazanaraq evə erkən qayıdan Albaniya yığmasının üzvləri vətəndə böyük coşğuyla qarşılanıb.

Tirana hava limanında komandanın futbolçu və məşqçi heyətini minlərlə azarkeş qarşılayıb.

Onlar arasında ölkənin baş naziri Edi Ramanın olduğunu xüsusi qeyd edək.

Balkanlılar tarixində ilk dəfə qatıldığı nəhəng turnirdə sərgilədiyi oyunla çoxlarını təəccübləndirib.

Komanda üzvləri qarşısında çıxış edən dövlət rəsmisi kiçik ölkəni qitə çempionatında layiqincə təmsil edən idman adamlarının ünvanına təriflər yağdırıb.

Rama çıxışında iki ildən sonra istismara veriləcək yeni stadionda üzərində “Bu arena 2016-cı ildə keçirilən Avropa çempionatıda iştirak edən “qırmızı-qara” yığmanın şərəfinə inşa edilib” cümləsi yazılacaq lövhənin olacağını bildirib.

O, yeni stadionun girişində AÇ-də iştirak edən oyunçuların adlarının qeyd ediləcəyini də əlavə edib.

Yeri gəlmişkən, dövlət rəhbərliyi yığma üzvlərinə 1 milyon avro mükafat ayırıb.

Bu da son deyil: “Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin də şərəfini qoruduğu yığmanın üzvləri paytaxt Tirana meri tərəfindən şəhərin rəmzi açarına da layiq görülüb.

XS
SM
MD
LG