Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:53

Ekspert: «Aqrar sahə SOS siqnalı verir»


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

«Ət, tərəvəz, kartof, bitki yağı, çay, şəkər və digər kənd təsərrüfatı məhsullarının idxalı ciddi şəkildə artıb». AzadlıqRadiosuna açıqlamasında kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov belə deyib.

«KƏRƏ YAĞINI SÜDƏ ÇEVİRƏNDƏ...»

V.Məhərrəmovun sözlərinə görə, yanvar-may aylarında ət idxalı 31%, kərə yağı 37%, şəkər 28%, çay 67%, bitki və heyvan mənşəli yağlar 14%, meyvə-tərəvəz idxalı 35 faiz artıb: «Buğda və süd idxalında azalmalar göstərilsə də, 5 ayda idxal olunan 556 min ton buğda ölkənin tələbatını 100 faiz ödəyib. Böyük həcmdə xaricdən gətirilən kərə yağını südə çevirəndə, süd idxalı 10 dəfədən də çox artmış olur».

«TƏKRAR İXRACATIN HESABINA...»

Ekspert kənd təsərrüfatı məhsulu ixracatının kəskin azalmasına diqqət çəkir: «Beş ayda çay ixracı 70%, şəkər 53%, bitki və heyvan mənşəli yağların ixracı 82 faiz azalıb. Meyvə- tərəvəz ixracında artım göstərilsə də, bu, idxal edilən 186 min ton məhsulun 107 min tonunun sonradan ixracı hesabına mümkün olub. Bu kimi göstəricilər hökumətin aqrar siyasəti düzgün müəyyənləşdirə bilməməsindən və qeyri-peşəkarlığından xəbər verir».

«AZƏRBAYCAN HÖKUMƏTİ KƏND TƏSƏRRÜFATINI SİSTEMLİ QAYDADA DAĞIDIB»

V.Məhərrəmov aqrar sahənin SOS siqnalı verdiyini vurğulayır: «Azərbaycan hökuməti kənd təsərrüfatını sistemli qaydada dağıdaraq məhv edib. Toxumçuluq, damazlıq sıradan çıxarılıb. Əkin sahələrinin strukturu sistemsiz olduğundan, primitiv əkinçilik fəaliyyətini xatırladır və bu, Azərbaycanın gələcəyinə yaxşı heç nə vəd etmir. Bitkiçilik və heyvandarlıqda istehsal göstəriciləri ən aşağı həddə endirilib. Ölkəyə əsas qida məhsulları xaricdən gətirilir və idxaldan asılılıq inhisarçı məmurların maraqlarına uyğun olaraq artmaqda davam edir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG