Keçid linkləri

2026, 09 Noyabr, bazar ertəsi, Bakı vaxtı 09:00

Türkiyədə «İŞIK-2016» təlimləri başlayıb

Helikopter
Helikopter

-

İyunun 20-dən Azərbaycanla Türkiyə hərbçiləri birgə «İŞIK-2016» beynəlxalq axtarış-xilasetmə təlimlərinə başlayıblar.

Müdafiə Nazirliyinin xəbərinə görə, təlimlər iki ölkə arasındakı hərbi əməkdaşlıq planına əsasən keçirilir.

Xəbərdə bildirilir ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 «Mi-17» döyüş-nəqliyyat və 3 «Mi-35» döyüş helikopteri iştirak edir. Hərbi qüvvələr təlimlərə qatılmaq üçün Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib.

Müştərək təlimlərin iyunun 30-dək davam edəcəyi bildirilir.

This item is part of
XS
SM
MD
LG