Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:37

Moskvada yeni aeroport açılıb


Foto arxiv
Foto arxiv

-

Rusiyada iqtisadi geriləmə və beynəlxalq sanksiyalara görə sərnişin axınında azalmaya baxmayaraq, mayın 31-də Moskvada dördüncü beynəlxalq aeroport açılıb.

Baş nazir Dmitry Medvedev Moskvanın mərkəzindən 40 km cənub-şərqdə yerləşən Zhukovsky aeroportunun açılışına qatılıb.

Yeni aeroportun ildə 4 milyon sərnişin daşıma gücündə olduğu bildirilir. Həftəyə 20 uçuş həyata keçiriləcək. Uçuşları Air Kyrgyzstan və Qazaxıstanın SCAT Airlines şirkətləri reallaşdıracaq.

Rusiyanın Sky Gates Airlines və Aviastar-TU yükdaşıma şirkətləri də bu hava limanında yerləşəcək.

Aeroport ilkin olaraq, Domodedovo, Sheremetyevo və Vnukovo hava limanlarının sərnişin yükünü azaltmaq məqsədilə tikilmişdi.

Ötən il Rusiyanın Transaero hava şirkəti iflas edib.

Rusiya Ukrayna və Türkiyəyə səyahət qadağası qoyub, digər tərəfdən, ötən il Misirdə rusiyalı turistlərin təyyarə qəzasında həlak olması da səyahət edənlərin sayına təsirini göstərib.

XS
SM
MD
LG