Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:57

Qırğızıstanda nazir istefa verib


Melis Turganbaev
Melis Turganbaev

-

Qırğızıstan prezidenti Almazbek Atambaev daxili işlər naziri Melis Turganbaev-in istefasını qəbul edib. Prezidentin mətbuat xidmətinin mayın 30-da yaydığı məlumata görə, Atambaev Bişkek polis idarəsinin rəisi Kashkar Junushaliev-i müvəqqəti olaraq nazir postuna təyin edib və hökuməti onu təsdiqləməyə çağırıb.

Turganbaev-in istefa səbəbi açıqlanmır.

Ancaq son 3 ay ərzində azı altı siyasətçi dövlət çevrilişi ittihamıyla həbs olunub.

Hakimiyyət antihökumət etirazları planlaşdıran müxalif siyasilərə qarşı hücuma keçib.

Turganbaev 2014-cü ildən bəri daxili işlər naziri idi. Daha öncə 4 il nazirin müavini vəzifəsini tutmuşdu.

XS
SM
MD
LG