Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 15:51

John Cheever. Hekayəyə belə başlamazlar


 John Cheevr
John Cheevr

-

Amerikalı yazıçı John Cheever'in "The Paris Review" dərgisinə müsahibəsindən (1969) seçmə

John Cheever:

Əgər bir yazıçı kimi oxucunla ünsiyyət qurmaq istəyirsənsə, ona başının ağrıdığını, mədənin bulandığını, sifətinin səpdiyini deməklə başlamamalısan.

Səbəblərdən biri bugünkü jurnallarda iyirmi-otuz il əvvəlkiylə müqayisədə, daha çox reklam olmasıdır. Bir jurnalda çap olunmaqla sən çoxlu reklamlarla, səyahət elanlarıyla, çılpaq şəkillərlə, qrafik hekayələrlə, hətta poeziya ilə rəqabətə girirsən.

Amma daha belə də yox. Məsələn, birisi İtaliyada bir il Fulbright Təqaüdü ilə oxuyandan sonra gəlir, gömrük yoxlamasında onun çamadanını açırlar və pal-paltar, suvenirlər əvəzinə bir italyan dənizçisinin başsız cəsədini görürlər.

Yaxud: "Mən Tiffanini qarət etdiyim ilk gün yağış yağırdı." Bunlar basmaqəlib girişlərdir. Əlbəttə, hekayənə belə başlaya bilərsən, amma nəsr belə olmamalıdır. Belə giriş günümüzdə çox adamı cəlb edir, çünki son zamanlar təkcə oxucu publikasında yox, bütün həyatımızda sakitlik ərşə çəkilib. Səbr, diqqətini cəmləmə bacarığı da itib gedib.

Amma nəsr bütün bunları aşacaq qədər davamlıdır. Mənim belə başlanan hekayələrdən xoşum gəlmir. "İndicə özümü güllələyəcəm" və ya "İndi səni güllələyəcəm". Yaxud Pirandello variantı: "İndi ya mən səni güllələyəcəm, ya da sən məni, ya da ki, biz kimisə güllələyəcəyik, bəlkə də bir-birimizi." Yaxud erotik giriş: "O, şalvarını açmağa başladı, amma zamoku ilişdi.." və sair və ilaxır.

XS
SM
MD
LG