Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:14

İ.Əliyev: «Milli iqtisadiyyat, hələ ki, tənəzzülə uğrayır»


İlham Əliyev
İlham Əliyev

-

«Son on il ərzində Azərbaycanda iqtisadi inkişaf çox sürətli idi. İndi isə biz yeni dövrdə yaşayırıq. Dünyada iqtisadi, maliyyə böhranı dərinləşir, neftin qiyməti aşağı səviyyədədir. Gəlirlərimiz azalıb, təbii ki, xərclərimiz də azalır. Ancaq bununla bərabər, biz iqtisadiyyatı şaxələndirməklə, islahatlar aparmaqla bu çətinliyi aradan götürürük». Bunu 28 May – Respublika Günü münasibətilə rəsmi qəbulda çıxışı zamanı prezident İlham Əliyev deyib.

Prezident həmçinin bildirib ki, 2016-cı il sabitləşmə ili olmalıdır: «Düzdür, hələ ki, iqtisadi inkişafdan söhbət getmir. Milli iqtisadiyyat, hələ ki, tənəzzülə uğrayır, bu, təbiidir, amma bunun insanların gündəlik həyatına heç bir təsiri olmamalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq».

ƏKSƏR NEFT-QAZ ÖLKƏLƏRİNDƏN FƏRQLİ OLARAQ...

İ.Əliyev diqqəti ona çəkib ki, əksər neft-qaz ölkələrinin bu il maaşları, pensiyaları kəsmələrinə, ödəmələri dayandırmalarına baxmayaraq, Azərbaycanda maaşlar, pensiyalar 10 faiz artıb: «Bu, nəyi göstərir? İlk növbədə, bizim siyasətimizi, - həmişə demişəm ki, biz sosial siyasət aparırıq, - digər tərəfdən, bizim imkanlarımızı. Kifayət qədər imkanlarımız var. Maliyyə vəziyyətimiz də yaxşıdır, sabitdir, valyuta ehtiyatlarımızı yığmışıq. Bu ilin əvvəlində Neft Fondunun gəlirlərinin azalacağı hesab olunurdu, ancaq artır. Nəyə görə? Çünki islahatlar, şaxələndirmə siyasəti aparılır, xərclərə qənaət edilir, maliyyə nizam-intizamı güclənir. Səmərəli istifadə olunmayan resurslardan indi səmərəli istifadə edilir, bütün maliyyə sisteminə şəffaflıq gətirilib. Ancaq hələ ki, görüləsi işlər çoxdur».

«BİZƏ BİR NEÇƏ İL LAZIMDIR»

Dövlət başçısı həmçinin bildirib ki, neft amilindən asılılıq aradan götürülməlidir: «Hesab edirəm, hələ bu hədəfə çatmağa bizə bir neçə il lazımdır və çatacağıq. Bu il həm sənaye potensialının artırılması, həm də kənd təsərrüfatının inkişafı ilə bağlı çox önəmli qərarlar qəbul olunub və bunların özünü statistik göstəricilərdə də büruzə verməsi üçün konkret addımlar atılıb».

Yerli və beynəlxalq iqtisadçılar illərdir Azərbaycana iqtisadiyyatını şaxələndirməyi tövsiyə edirlər. Rəsmi statistikaya görə, ölkə ÜDM-sinin 31.33 faizini neft-qaz sektoru, 60.96 faizini qeyri-neft sektoru, 7.7 faizini xalis vergilər təşkil edir. Ancaq iqtisadçılar bu rəqəmləri şübhə altına alır, reallıqda da belədirsə, niyə neft ucuzlaşınca, bütün iqtisadi göstəricilərin kiçildiyini sual edirlər. Ötən il manat dəyərsizləşəndən sonra ixrac azalıb, büdcə daralıb, iqtisadi artım baş verməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG