Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:48

Vergilərdə vəzifəli şəxslərin çoxu biznesmen olub


Arxiv fotosu
Arxiv fotosu

-

Vergilər nazirliyinin özəl bizneslə kadr alış-verişi

Söhbət birgə səmərəli işdən getmir Vergilər nazirliyinin açıqlamasında bu dövlət qurumunda müəyyən struktur və kadr dəyişikiliyi aparılmasına diqqət çəkilir. Ən önəmli təyinat aparat rəhbəri ilə bağlıdır. Nazirliyin Şamaxıdakı Tədris Mərkəzinə direktor göndərilən Əli Həsənovu Ağasəməd Əfəndiyev əvəzləyib.

Bu təyinatadək Ağasəməd Veyis oğlu Əfəndiyev nazirliyin İnsan Resursları İdarəsi rəisinin birinci müavini vəzifəsini daşıyıb. O, nazirlikdə fəaliyyətə başlamazdan öncə bir çox özəl şirkətdə çalışıb.

Həm dövlət məmuru, həm də biznesmen

A. Əfəndiyev «Synergy Group» ASC-nin və «Shamkir Capital Group» MMC-nin Müşahidə Şurasının üzvü olub. Burada çalışmaqla yanaşı, ən iri beton təchizatçılarından sayılan «Spark» MMC-nin direktoru vəzifəsini tutub. 2013-cü ilin mayında Bakı şəhəri, Süleyman Rüstəm küçəsi, ev 9 ünvanında qurulan, ancaq aktivləri Şəmkir rayonundakı «Asset Property» MMC-nin idarə olunması da ona tapşırılıb. Ağasəməd Əfəndiyev 2008-ci ildən bəri «Metropol İnşaat» MMC-nin sahiblərindən biridir.

Diqqət çəkən məqam odur ki, bu təyinatdan sonra A. Əfəndiyev qardaşı Rahimin birbaşa rəhbərlərindən birinə çevrilib. Rahim Əfəndiyev hazırda Vergilər Nazirliyi Maliyyə-Təsərrüfat İdarəsinin rəisidir.

Yollar və qardaşlar biznesdə birləşir?

...İndi Vergilər nazirliyində yüksək vəzifə tutan bir çox şəxsin də yolu əvvəllər biznesdən keçib və bəzən bu yollar heç də birtərəfli olmayıb. Məsələn, nazir müşaviri vəzifəsini tutan Riyad Zakir oğlu Hüseynov 2012-ci ilədək burada müxtəlif vəzifələrdə çalışıb və həmin il «Synergy Group» ASC-nin Müşahidə Şurasının sədri vəzifəsinə gətirilib. 2014-cü ildə yenidən nazirliyə qayıdıb. Hazırda bu şirkətlər qrupuna onun qardaşı Fərid Hüseynov rəhbərlik etməkdədir.

Mahir Əhmədağa oğlu Rəfiyev də bir vaxtlar nazir Fazil Məmmədovun müşavirlərindən biri idi. O bu vəzifəyə gəlməzdən öncə «AtaHolding» MMC-də (əvvəllər ASC idi) və onun bəzi törəmə şirkətlərində müxtəlif vəzifələrdə çalışıb. İndi M. Rəfiyev Vergi Ödəyicilərinə Xidmət Baş İdarəsinin rəisidir.

Nazirlik yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi Vüqar İsmət oğlu İsmayılov «AtaHolding» MMC-nin və Bank VTB (Azərbaycan) ASC-nin MŞ sədrinin müavini, «Konsaltinq-AZ» MMC-nin baş direktoru, ən azı,

3 şirkətin («Layf Fitnes», «Pegas Marketinq» və «Toskana» MMC-lər) ortaqlarındandır.

«Panama Papers»də vergilər nazirinin adı hallanıb

Bu yaxınlarda araşdırmaçı jurnalsitlərin beynəlxalq şəbəkəsinin - OCCRP-nin açıqladığı «Panama Papers» sənədlərində vergilər naziri F. Məmmədovun da adı hallandırılıb. Onun 2013-cü ildə - yenə nazir vəzifəsini tutduğu dönəmdə prezident İlham Əliyevin ailə üzvləri adıçəkilən şirkətlərə təsisçi qismində qatılıb. «Panama Papers»in bu məlumatı rəsmən təkzib edilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG