Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:44

Sürücü tutulub


Polis
Polis

-

Mayın 13-ü saat 10 radələrində Astara rayonunun Çayoba kəndində baş vermiş qəza ilə bağlı hadisə yerindən qaçdığı deyilən sürücü Vüsal Xudaverdiyev tutulub.

Xəbəri Daxili İşlər Nazirliyi yayıb.

Mayın 13-də Xaçmaz rayon sakini Vüsal Xudaverdiyevin idarə etdiyi «KamAZ» Astara rayon sakini Qalib Əliyevin «Mercedes-Benz» markalı mikroavtobusu ilə toqquşub. Hər iki avtomobil aşıb, V.Xudaverdiyevin hadisə yerindən qaçdığı deyilirdi.

Yol qəzası nəticəsində Q.Əliyevin sərnişinlərindən rayon sakinləri Yeganə Əliyeva və Ramil Quliyev hadisə yerində ölmüşdü. Daha 9 sərnişin xəstəxanaya yerləşdirilmişdi. Onlar ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Xudaverdiyevin tutulduğu bildirilir.

V.Xudaverdiyevin ona qarşı iddialara nə cavab verdiyi, hələlik, bəlli deyil.

XS
SM
MD
LG