Aprelin 30-dan mayın 1-ə keçən gecə cəbhədə bir erməni hərbçisi ölüb.
Separatçı Dağlıq Qarabağın Müdafiə Nazirliyinin xəbərinə görə, 1991-ci il təvəllüdlü Aşot Çobanyan Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində ölüb.
Aprelin 30-da təmas xəttində baş verən atışma nəticəsində daha iki erməni hərbçisi öldürülmüşdü.