Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:02

Zahid Oruc: «189-cu yer Azərbaycana qəsddir»


Deputat Zahid Oruc
Deputat Zahid Oruc

Deputat Zahid Oruc deyir ki, «Freedom House» təşkilatının aprelin 27-də açıqladığı «Mətbuat Azadlığı 2016» hesabatı ilə razılaşmır, təşkilatın yanaşmasının tamamilə yanlış olduğunu düşünür.

Z. Oruc bildirib ki, Azərbaycanın bu cür qiymətləndirməsi təkcə hakimiyyət nümayəndələrini yox, hamını təəccübləndirib:

«Axı Azərbaycanda hökuməti ən sərt üslubda tənqid edən medialar da var. Onlar basqısız şəraitdə fəaliyyət göstərirlər. İstənilən dəyərləndirmə zamanı belə amillər mütləq nəzərə alınmalı idi»

Deputat medianın maliyyələşməsi, reklam gəlirləri, tirajı və bütün cəmiyyətə çatdırılmasında problemləri istisna etməyib.

O, deyib ki, bütün bunların fonunda beynəlxalq medianın durumu ilə müqayisədə hansısa fərqli nəticələrə gəlinə bilərdi. Ancaq Azərbaycanın 189-cu yerə qoyulması qəsddir, buna heç bir bəraəti yoxdur.

Deputat düşünür ki, medianın qeydiyyatında problemlər yoxdur.

O deyir ki, tənqidi medianın mövcudluğu belə hesabatlarda mütləq nəzərə alınmalı idi.

«İnformasiya əldə edilməsində də ola bilsin çətinliklər var. Ancaq yaxşı qanunumuz var. Defamasiya haqqında qanunu qalıb, təəssüf ki, konsensus hələ də əldə olunmayıb. Bunlara, 1-2 jurnalistin həbsinə görə belə nəticəni ədalətli saya bilmərəm» – Z. Oruc deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG