Keçid linkləri

2026, 23 Oktyabr, cümə, Bakı vaxtı 13:09

Tovuzda bir ailənin 6 üzvü xəstəxanada

Xəstəxana
Xəstəxana

-

Tovuz rayonunun Molla Ayrım kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.

«Report»un xəbərinə görə, hadisə nəticəsində bir ailənin 6 üzvü və onlara qonaq gələn 1 qadın zəhərlənmə diaqnozu ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Zərərçəkənlərin yaxınlarının deməsinə görə, meşədən yığılan yabanı pencərdən hazırlanan kətəni yedikdən sonra ailə üzvlərinin orqanizmində narahatlıq yaranıb. Zəhərlənənlərdən 3-ü azyaşlıdır. Onlara ilkin tibbi yaradım göstərilib.

Xəstəxanadan verilən məlumata görə, uşaqların səhhəti normaldır. Ancaq zəhərlənənlərdən ən yaşlısı 74 Zərnişan Məmmədovanın vəziyyəti ağır olaraq qalır.

This item is part of
XS
SM
MD
LG