Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:05

İlham Əliyev Javad Zarif-i qəbul edib


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

-

Prezidenti İlham Əliyev aprelin 7-də İran İslam Respublikasının xarici işlər naziri Mohammad Javad Zarif-i qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, İlham Əliyev İran, Rusiya və Azərbaycan xarici işlər nazirləri arasında ilk görüşün Bakıda keçirilməsinin önəmindən danışıb. O deyib ki, üçtərəfli görüş regional əməkdaşlıqda yeni səhifə açacaq. Bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə töhfə verəcək.

İlham Əliyev İrana son səfərini məmnunluqla xatırladaraq deyib ki, bir gün əvvəl prezidenti Hassan Rohani ilə telefonla da danışıb.
Prezident Azərbaycan ilə İran arasında əməkdaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasından məmnunluğunu bildirərək, iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu deyib.

İranın xarici işlər naziri Mohammad Javad Zarif isə iki ölkə arasında tranzit, gömrük, ekstremizmə qarşı mübarizə, turizm və mədəniyyət sahəsində əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirib.

Nazir qeyd edib ki, bu üçtərəfli format İranın həm Azərbaycan, həm də Rusiya ilə ikitərəfli münasibətlərinin genişləndirilməsi üçün tarixi fürsət yaradır.

Aprelin 7-də Azərbaycan, İran və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Aprelin 6-da isə prezident İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergei Lavrov-u qəbul etmişdi.

XS
SM
MD
LG