Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Dəm qazından daha bir ölüm


arxiv fotosu
arxiv fotosu

Xaçmaz rayonunda dəm qazından ölüm hadisəsi baş verib. APA-nın xəbərinə görə, ölən Sumqayıt şəhər sakini 35 yaşlı Sevinc Əzizovadır. Əzizovanın meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. Ekspertizadan sonra, cəsəd ailə üzvlərinə təhvil verilib.

Faktla bağlı araşdırmalar davam edir.

Azərbaycanda qış aylarında tez-tez dəm qazından ölüm halları baş verir. Mediada yazılanlara görə, təkcə mart ayında Azərbaycanda dəm qazından 15-ə yaxın şəxs zəhərlənərək vəfat edib. Ötən ilin noyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev də dəm qazından boğulub ölmüşdü.

XS
SM
MD
LG