Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:34

Azərbaycana bahar gəldi


Azərbaycana Novruz gəlib...
Azərbaycana Novruz gəlib...

Bu gün Bakı vaxtı ilə səhər saat 8:30-da Azərbaycana bahar qədəm qoyub. Bununla bağlı hələ bir müddət öncə AMEA Şamaxı Astrofizika Rəsədxanasından açıqlama verilmişdi.

Azərbaycanda Novruz bayramı hələ müstəqillik qazanılmadan öncə, rəsmi qaydada keçirilməyə başlanıb. 1989-cu ildə bununla bağlı Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirov sərəncam vermişdi. Buna qədər isə 1967-ci ildə də Azərbaycan Kommunist partiyasının Mərkəzi Komitəsinin ideologiya katibi Şixəli Qurbanovun təşkilatçılığı ilə bahar bayramı təntənəli şəkildə qeyd edilib.

Tarixçi alim Cəmil Həsənli yazır ki, həmin dövrdə də Novruz bayramını qeyd etmək ideyasını ilk dəfə elə Ə. Vəzirov ortaya atıb:

«Novruz bayramının keçirilməsi ideyasını Azərbaycan komsomolunun birinci katibi Əbdürrəhman Vəzirov ilk dəfə Azərbaycan Kommunist Partiyasının 1958-ci ilin yanvar ayında keçirilən XXII qurultayındakı çıxışında səsləndirmişdi. Öz çıxışında Vəzirov dedi: «Niyə biz rus xalq bayramı olan maslenitsanı qeyd etməyə hazırlaşan moskvalılar kimi, özündə heç bir dini məzmunu daşımayan «Novruz bayramı»nı qeyd etməyək. Bizim xalqın həyatında «Novruz bayramı»nı baharın gəlişi kimi qeyd etmək ənənəsi vardır»

Cəmil Həsənli hesab edir ki, tarixdə heç kimin xidməti nə əsassız kiçildilməli, nə də şişirdilməlidir.

XS
SM
MD
LG