Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:47

6 saylı cəzaçəkmə müəssisəsinə baxış


Həbsxana
Həbsxana

-

Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri 6 saylı cəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmədə məqsəd bu müəssisədə məhkumlarla bağlı mətbuatda yayılan məlumatların araşdırılması olub.

Başçəkmə çərçivəsində 2 saylı cəzaçəkmə müəssisəsindən bu müəssisəyə etap olunan Nurani İbrahimovun ölüm faktı ilə bağlı sənədləşmə öyrənilib.

Eyni zamanda həmin müəssisədə 30-dan çox məhkum fərdi qaydada dinlənilib. Habelə bir sıra şəxslər öz xahişləri ilə təkbətək qəbul edilib, müraciətləri yerində araşdırılıb.

Ombudsman Aparatının mətbuat xidmətinin deməsinə görə, məhkumlar saxlanılma şəraitindən və rəftardan şikayət etməyiblər.

Qəbul zamanı onların hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Mətbuat xidmətinin açıqlamasında deyilir ki, N.İbrahimovun ölüm faktı nəzarətə götürülüb. Məsələnin tam və hərtərəfli araşdırılması və nəticə barədə məlumatların Ombudsmana göndərilməsi ilə bağlı Baş Prokurorluğa müraciət olunub.

Yada salaq ki, mərhum Nurani İbrahimovun valideynləri mətbuata bildirmişdilər ki, oğlanlarına müəssisədə işgəncə verilib. Ancaq sonradan Penitensiar Xidmət işgəncə iddialarını təkzib etmişdi. Xidmət bildirirdi ki, mərhum yıxılıb ölüb.

XS
SM
MD
LG