Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:55

Qeydiyyatsız filmlərə cərimə tətbiqi niyə pisdir? [Sorğu]


Kamera
Kamera

-

"Bizdə problem ondadır ki, məsələn, sən hökümətin qara siyahısındasan, ya "Nida"çısan, film cəkmisən. Onu heç yerdə göstərə bilməyəcəksən. Hətta İnternetdə də."

Qeydiyyata alınmadan Azərbaycan ərazisində yayılan, kütləvi nümayiş etdirilən filmlərə 2 min manat cərimə kəsiləcəyi haqda qərar kino ictimaiyyətində necə qarşılanıb?

Onlar bu qərarın senzuraya gətirib çıxaracağını düşünürlər.

Fotoqraf, müstəqil film çəkən Türkan Hüseynova:

"Belə çıxır ki, yazıçı romanı, rəssam rəsmi də aparıb təsdiqlətməlidir."

Türkan Hüseynova
Türkan Hüseynova

Xəbərlərdən oxudum qərarı. Amma tam olaraq nə etmək istədiklərini başa düşmədim. Yazıblar film qeydiyyata düşməlidir, amma film qeydiyyata düşəndə o filmin hansısa səhnəsinə görə irad bildirə bilirlərmi, senzura tətbiq olunacaqmı və s.

Bu barədə heç bir açıqlama yoxdur. Yəni bilmək olmur sabah hansısa öpüşmə səhnəsinə "milli mentalitetə" uyğun deyil deyib müdaxilə edəcəklər, ya yox.

Ümumiyyətlə, müstəqil kino, nazirlikdən heç bir dəstək almayan gənclər niyə gedib haradasa qeydiyyata düşməlidir, məntiqi aydın deyil, onda belə çıxır ki, yazıçı romanı, rəssam rəsmi də aparıb təsdiqlətməlidir.

Rejissor Əli İsa Cabbarov:

"Təkcə siyasi yox, kommersiya xarakterli senzuraya da..."

Əlisa Cabbarov
Əlisa Cabbarov

- Lisenziya film istehsall üçün yox, yayım üçün lazımdır, kinoteatrda nümayiş üçün. Əvvəl də bu tələb var idi, amma cərimə yox idi. Cərimə qərarı hökumətin son dövrlər cərimələri artırmaqla büdcəni doldurmaq siyasətinin tərkib hissəsi kimi qəbul olunub.

-Çox güman, qərar senzura məqsədilə qəbul olunmayıb, amma nəticə etibarilə, senzura mexanizminə gətirib çıxara bilər. Təkcə siyasi yox, kommersiya xarakterli senzuraya da. Çiçəklənməkdə olan kommersiya filmləri bazarına tamah salan məmur bu rıçaqdan istifadə edib kommersiya filmləri istehsalçısına və yayımçısına gəlirə şərik olmaq üçün təzyiq edə bilər.

- Amma bu qərar televiziyada lisenziyasız yayımlanan pirat filmlərə tətbiq edilsə, müsbət effekti olar. TV-lərdəki əksər filmlər pirat nüsxələrdir, onların teleyayımı üçün cərimənin tətbiqi kino və TV bazarını sağlamlaşdırardı.

Kino jurnalisti, teatrşünas Aliya Dadaşova:

"Ölkədə kino elə bir vəziyyətdədir ki..."

Aliya Dadaşova
Aliya Dadaşova

İlk baxışdan, bu qaydada narahatlıq doğuracaq məqam yoxdur; zorakılıq, pornoqrafiya, dini-irqi, milli ayrı-seçkilik və dövlətçilik əleyhinə çağırışlar içərən filmlər dövlət qeydiyyatına alınmır və onlara yayım vəsiqəsi verilmir.

Amma bu qaydaya əsasən, arzu olunmayan filmlərin yayımına qadağa qoyula bilər.

Məsələn, məmurun nəyisə dövlətçilik əleyhinə çağırış hesab etməsi konkret bir ölçüyə yox, onun subyektiv rəyinə əsaslana bilər.

Məncə, bu narahatlıq təbii olsa da, predmetsizdir. Ölkədə kino elə bir vəziyyətdədir ki, bu qaydadan ötrü narahat olmaq hələ tezdir. Müstəqil kinonun, alternativ kino düşüncənin inkişafı ilə bu qaydanın təkmilləşməsini tələb etmək olar. Konkret nümunə və konkret maneə olduqdan sonra.


Kinoşünas Aygün Aslanlı:

"Əsl undergorund yaranacaq"

Aygün Aslanlı
Aygün Aslanlı

Əslində bütün dünyada tətbiq olunan bir praktikadır. Ölkəyə daxil olan və ölkə daxilində istehsal olunub prokata çıxarılan filmlərin qeydyyatı aparılır və yayım vəsiqəsi verilir.

Məsələn, dünən xəbəri oxuyan kimi Rusiyanın eyniadlı qanununa baxdım.

Bəs bizdə problem nədədir? Birincisi, mən oxuduğum məlumatlarda xaricdə cərimə və cəza ilə bağlı heç nə tapmadım. Yalnız kimsə - tamaşaçı və ya hansısa distryubutor şikayət edərsə, məhkəmə qaydasında araşdırma aparılır və qərar çıxarılır.

Əslində bu reyestr məsələsi coxdan var. Təzə olan cərimə söhbətidir. Əvvəl cərimə məsələsi yox idi. Amma filmlər qeydiyyatdan kecməliydilər.

Bizdə problem ondadır ki, məsələn, sən hökümətin qara siyahısındasan və ya "Nida"çısan, film cəkmisən. Onu heç yerdə göstərə bilməyəcəksən. Hətta İnternetdə də.

Qeydiyyat üçün aparsan, dövlətə xəyanət, filan elementi tapıb, qeydiyyata almayacaqlar. Qeydiyyatsiz da yayımlasan, hər hansı bir şəkildə cərimə olunacaqsan. Odur ki, əsl "undergorund" yaranacaq.

XS
SM
MD
LG