Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:51

İlham Əliyev Münhendə müzakirələr aparır


İlham Əliyev
İlham Əliyev

-

Prezident İlham Əliyev fevralın 13-də Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier və Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Johannes Hahn ilə görüşüb.

Bu haqda prezidentin saytı xəbər verir.

Ölkə başçısının Almaniya xarici işlər naziri ilə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Avropa İttifaqının komissarı Johannes Hahn-la görüşdə isə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb.

Yada salaq ki, Azərbaycan prezidenti Münhen Təhlükəsizlik Konfransında iştirak edir.

XS
SM
MD
LG