Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:21

ABŞ Kəşfiyyatının rəhbəri Qarabağda təhlükə görür


James Clapper
James Clapper

►James Clapper: "2016-cı ildə Qarabağ münaqişəsinin gərginləşməsi ehtimalı var"

ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru James Clapper özünün illik hesabatında qeyd edib ki, 2015-ci ildə Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginlik yüksək səviyyədə qalıb.

"Bakının fasiləsiz silahlanması iqtisadi vəziyyətin pisləşməsi ilə birlikdə 2016-cı ildə münaqişənin kəskinləşməsi ehtimalını artırır.

Azərbaycanın Dağlıq Qarabağla bağlı tələbləri açıq şəkildə rədd etməsi, habelə Ermənistanın nəzarətində saxladığı əraziləri geri qaytarmaq istəməməsi əvvəlki kimi dinc yolla nizamlama imkanını çətinləşdirəcək," - deyə James Clapper qeyd edib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Clapper Gürcüstandakı vəziyyətlə bağlı bildirib ki, Rusiya təbliğatının artması şəraitində Tbilisi Avroatlantika inteqrasiyasına yönəlmiş səylərini gücləndirməlidir.

Onun sözlərinə görə, Rusiya Tbilisiyə təzyiqini daha da artıracaq. O bildirib ki, Gürcüstanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin daha da sıxlaşması bu nəticəyə gəlməyə əsas verir.

Hesabatın Ukraynaya dair hissəsi ilə bağlı James Clapper deyib ki, 2016-cı ildə Minsk müqaviləsinin müddətinin uzadılması vacibdir.

Onun dəyərləndirməsinə görə, Ukrayna öz Konstitusiyasına dəyişikliklər etməklə ciddi problemlərə müqavimət göstərməyə davam etməlidir.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG