Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:36

Android-də yeni virus gəzir


Android
Android

-

«Android»də yenə virus təhlükəsi var.

Veb təhlükəsizliyi şirkətlərindən biri «Google Play Store»da viruslu bəzi oyunlar, proqramlar olduğunu üzə çıxarıb.

Virus «Android.Xiny.19.origin» adlandırılıb. Səbəb -telefonun IMEI kodunu virusun oğurlamasıdır. Kod uzaq bir istifadəçiyə göndərilir və onu geri almaq mümkün olmur.

IMEI virusu, standart proqramlarda olduğu kimi, proqramın kod sətirləri arasında yerləşmir və özünü görüntülərin arasında gizlədir. Proqramı işlədərkən görüntülər açılmadan virus aktivləşmir. Görüntülərin nə zaman aktivləşəcəyini isə, təbii ki, bilmək mümkün olmur.

Sözügedən virus «Google Play Store»da, hələlik, üç fərqli yayımçının proqramlarında aşkar edilib. Bunlar «BILLAPS», «Conexagon Studio», «Fun Color Games» adlı proqram yayımçılarıdır.

Veb təhlükəsizliyi şirkəti həmin yayımçıların proqramlarını bir müddət yükləməməyi məsləhət görür. O proqramlar artıq yüklənibsə, önəmli faylları köçürərək, telefonu sıfırlamaq lazımdır.

Şirkət başqa proqramlarda da virusun olma ehtimalını istisna etmir.

XS
SM
MD
LG