Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:43

Amerikalı Azərbaycanşünasın Bakıda yazdığı şeir


Betty Blair, 2011
Betty Blair, 2011

-

ABŞ-da çap olunan "Azerbaijan International" jurnalının yaradıcısı və baş redaktoru, Los Ancelesdə yaşayan Betty Blair'in 2000-ci illərin əvvəllərində Bakıda yazdığı şeir:

Tut ağacı

Ötən gecə

Bakının acgöz küləkləri

Tut ağacını zorladılar.

Dağıldı o dadlı bəhər

səpələndi yol üzünə

naməlum maşınların önünə.

Dadlı tutlar,

ləkəsi bənövşəyi

əzilmiş, şirəsi yayılmış səkiyə

Bu canlı meyvələr...

bu həyat bəhəri

itib getdi əbədi

Gələn il yenə gələcəkmi yay?

Nə fərqi var,

bu fəsil əzilmişlər üçün?

Tərcümə: OxuZalı

XS
SM
MD
LG