Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20

«Bütün şikayətlər araşdırılacaq»


Nazirlər Kabineti
Nazirlər Kabineti

-

«Artıq icra hakimiyyəti orqanlarının verdiyi qərarlardan, onların hərəkətsizliyindən hər hansı bir şikayət olarsa, Şura məsələyə baxaraq qərar qəbul edəcək». «Report»un xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyində yeni yaradılan Apellyasiya Şurasına münasibətdə nazir müavini Sahib Məmmədov deyib.

Nazir müavinin sözlərinə görə, müraciətlər həm elektron qaydada, həm də «195-2» çağrı mərkəzi vasitəsilə qəbul ediləcək.

«Nazirlik də bu çağrı mərkəzinə qoşulub. Mərkəzə daxil olan bütün müraciətlərə dərhal reaksiya verilir» - deyə S.Məmmədov vurğulayıb.

Məişət sertifikatları verilməsinin 1 günə endirilməsinə toxunan nazir müavini qeyd edib ki, sahibkarlıq və biznes mühitinin yaxşılaşdırılması ilə bağlı çox operativ işlər görülür: «Müddət əhəmiyyətli şəkildə aşağı salındı. Bu da sahibkarlığın inkişafında mühüm addımlardan biridir».

Yada salaq ki, 2015-ci il dekabrın 21-də baş verən devalvasiyadan sonra ölkədə islahatlar gündəmə gəldi. Dövlət başçısı İlham Əliyev ötən həftə mərkəzi və yerli icra hakimiyyətləri yanında apellyasiya şuralarının yaradılması haqda fərman imzaladı. Artıq bir sıra nazirliklərdə bu şuraların yaradılmasına başlanıb.

XS
SM
MD
LG