Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:36

“Azerbaijan breakfast” təqdim olundu


Azerbaijan breakfast
Azerbaijan breakfast

-

Fevralın 8-də “Boulevard Baku” otelində Mədəniyyət və Turizm Nazirliyi və Milli Kulinariya Mərkəzinin birgə təşkilatçılığı ilə “Azerbaijan breakfast” - milli səhər yeməyi layihəsinin təqdimat mərasimi keçirilib.

Nazirliyin yaydığı xəbərə görə, təqdimatda ölkənin bir sıra mehmanxanalarının menecerləri və icraçı direktorları iştirak edib.

Ənənəvi Azərbaycan səhər yeməyi menyusuna yerli istehsal olan yağ, bal, pendir, kükü və s. daxildir.

“Azerbaijan breakfast” - layihəsinin məqsədi milli səhər yeməyi növlərinin ayrı-ayrı elementlərinin beynəlxalq kulinariya və iaşə xidməti seqmentində Azərbaycan Respublikasının mülkiyyəti və qeyri-maddi mədəni irs nümunəsi kimi təqdim olunmasına nail olmaqdır.

“Azerbaijan breakfast” səhər yeməyi brendinin menyusu və loqosu Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçib və müvafiq şəhadətnamə alıb. Bununla da layihə üzərində nazirliyin müstəsna hüquqları tanınıb.

“Azerbaijan breakfast” – milli səhər yeməyi kompleksi menyusu həm də əmtəə nişanı kimi Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində dövlət reyestrindən keçib və müvafiq şəhadətnamə alıb.

Azərbaycanda fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlər, eləcə də turistlərə xidmət göstərən iaşə obyektlərinin hər birinə bu layihədə iştirak etmək üçün müqavilə şərtləri göndərilib. Müqavilə ödənişsiz həyata keçiriləcək.

Nazirliyin fikrincə, Azərbaycan xalqının milli və ənənəvi səhər yeməyi kompleksinə daxil olan müxtəlif qida növlərinin milli və beynəlxalq hüquqla qorunan brend məhsul kimi “Azerbaijan breakfast” adı altında təbliği və təqdimatı milli mətbəxin nəinki ölkə daxilində, eləcə də xaricdə tanıdılmasına zəmin yaradacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG