Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 14:42

Rus ordusunda robot əsgərlər: ədəbiyyatın dediyi kimi


"Nəhayət, mükəmməl əsgər". Müəllif: Robert Minor, 1916
"Nəhayət, mükəmməl əsgər". Müəllif: Robert Minor, 1916

-

"Robot" sözü əvvəlcə "labori" olacaqmış

Bu il Rusiya ordusu robotların əsgər qismində orduda tətbiqinə başlayır, yaxın 10 ildə rus ordusunun 30 faiz canlı qüvvəsini Rusiya istehsalı olan robotlar əvəz edəcək.

Bu xəbər 2055-ci ildə süni intellektin insana qarşı aparacağı müharibədən danışan elmi-fantastik filmləri və bədii əsərləri haqlı çıxarır.

Bir sıra elmi-fantastik filmlərdə yaxın 40 ildə insanın robotlar üzərində nəzarəti itirəcəyindən, muxtariyyəti olan robot əskərlərin insana qarşı savaşacağından danışılır.

Robotların hərbdə tətbiqi əleyhinə çıxışlar edən nəzəriyyəçi Stephen Hawking iddia edir ki, yaxın 100 ildə robotlar insanlardan daha ağıllı olacaqlar, insanlığın axırına çıxacaqlar.

Karel Capek'in pyesi

"Robot" sözünü ilk dəfə çex yazıçı Karel Capek "R.U.R." pyesində, 1920-ci ildə işlətmişdi. Bu pyes 1920-ci illərdə Çexoslovakiyada, ABŞ-da, İngiltərədə səhnəyə qoyulmuşdu.

Həmin pyesdə robotlar insan orqanlarını əmələ gətirən maddələrin kimyəvi əvəzedicilərindən yaradılmışdı. Robotlar öz yaradıcılarından hər şeyi öyrənib onlar kimi davranmalı idilər. Amma robotlar öz yaradıcılarından zorakılığı da öyrənirlər və insana qarşı zorakı üsyana qalxırlar.

Pyes optimist, romantik sonluqla bitir: kişi robotla qadın robot bir-birinə aşiq olur və Yer üzündə məskən salırlar.

Karel Capek "robot" sözünün yaradıcısı kimi dünyada məşhurlaşandan sonra o, Oxford İngilis dili Lüğəti idarəsinə məktub yazaraq, bu sözün yaradıcısının özü deyil, qardaşı Josef Capek olduğunu demişdi.

Karel Capek sonralar bir Çex qəzetində bu pyes haqda yazdığı məqalədə isə sözün təfərrüatını vermişdi; əvvəlcə bu sözü "labori" kimi yazmaq istəyib, onu da Latın sözü "labor"-dan (əmək) götürübmüş. Sonra bu sözdən xoşu gəlməyib, "labori"nin çox kitabdangəlmə söz təsiri bağışladığını düşünüb.

Onda qardaşından məsləhət istəyib, qardaşı da onu "robot" adlandırmasını məsləhət görüb. Çex dilində "robot" sözü "ağır, sıxıcı əmək" deməkdir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG