Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:56

Molotov kokteyli atılıb


Miqrantlar əleyhinə mitinq
Miqrantlar əleyhinə mitinq

Praqada kimliyi məlum olmayan 20-yə yaxın şəxs mühacirlərin məskunlaşdığı mərkəzə Molotof kokteyli atıb.

Bu, minlərlə insanın iştirakı ilə müsəlmanlara və immqirasiyaya qarşı Çexiyanın paytaxtında keçirilmiş nümayişdən bir neçə saat sonra baş verib. Mərkəzin işçilərinin dediyinə görə, hücum edənlər neo-nasistlər olublar. İnsident zamanı azı bir nəfər yaralanıb.

Fevralın 6-da PEGİDA adı ilə tanınan Qərbin İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar təşkilatının çağırışı ilə Avropanın bir çox şəhərində anti-islam aksiyaları keçirilib. 2014-cü ildə Drezdendə yaradılmış bu təşkilat qısa müddətdə ultra-sağçıların və anti-immiqrantların rəğbətini qazanıb.

Drezdendə keçirilmiş dünənki aksiyaya 8 min PEGİDA tərəfdarı qatılıb. Lakin Varşava, Amsterdam, Birmingem şəhərlərində, Fransa, Latvia və Danimarkadakı aksiyalarda isə bir neçə yüz insan iştirak edib.

XS
SM
MD
LG