Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:41

Qara Qarayev məzarı başında anıldı


Qara Qarayev
Qara Qarayev

-
Fevralın 5-də - Qara Qarayevin doğum günündə böyük sənətkarın xatirəsi anılıb.

Tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gələrək Qara Qarayevin məzarını ziyarət edib, üzərinə təzə-tər güllər düzüblər.

Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə sənətkarın həyat və yaradıcılığından söz açaraq xatirələrini bölüşüb.

Axşam Azərbaycan Dövlət Filarmoniyasında bəstəkarın xatirəsinə həsr olunmuş konsert keçiriləcək.

Gecədə Qara Qarayevin, Fərəc Qarayevin və Dmitry Shostakovich-in əsərləri səslənəcək.

Konsertdə İspaniyada təhsil alan, Beynəlxalq müsabiqələr laureatı skripkaçı Elvin Qəniyevin və U.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında D.Shostakovich-in skripka və orkestr üçün 1 saylı konserti, Fərəc Qarayevin«Quasi una Fantasia» və Q.Qarayevin 2 saylı simfoniyası ifa olunacaq.

Qara Qarayev 1918-ci ildə Bakıda tanınmış həkim Əbülfəz Qarayevin ailəsində dünyaya göz açıb.

Konservatoriyada Üzeyir bəy Hacıbəylinin tələbəsi olub.

Keçmiş SSRİ-nin ən nüfuzlu mükafatlarına layiq görülüb.

O, «Yeddi gözəl», «İldırımlı yollarla», «Leyli və Məcnun», «Don Kixot» kimi məşhur əsərlərin müəllifidir.

1982-ci ilin mayın 12-də Moskvada dünyadan köçüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG