Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:36

Şairi edam edəsi olmadılar


Əşrəf Fəyad
Əşrəf Fəyad

-

Səudiyyə Ərəbistanında məhkəmə şair Əşrəf Fəyada bidətçi şeirlərinə və sosial şəbəkələrdəki yazılarına görə kəsdiyi ölüm hökmünü beynəlxalq təzyiqlərdən sonra bu həftə geri götürüb, ölüm hökmünü 800 qamçı və 8 il həbs cəzasıyla əvəzləyib.

Bu haqda PEN Amerika xəbər verir.

Şair, rəssam və kurator Əşrəf Fəyad 2013-cü ilin avqustunda S.Ərəbistanının Şəriyyət qvardiyası tərəfindən həbs olunmuşdu. Həbsə anonim donos səbəb olmuşdu. Kimsə Ə.Fəyadın şeir kitabında və gündəlik danışıqlarında dövlət və peyğəmbər əleyhinə senzuradan kənar fikirlər söyləməsindən şikayət etmişdi.

2014-cü ilin martında Ə.Fəyadı 4 illik türmə həyatına və 800 qamçıya məhkum etmiş, 2015-ci ilin noyabrında isə qərarı şiddətləndirərək ona ölüm hökmü kəsmişdilər.

Dünyadan hüquq müdafiəçiləri, şairlər, mədəniyyət xadimləri qərarı pisləyən bəyanatlar vermiş, Turin Kitab Sərgisi bənzər səbəbdən başqa bir gənci də ölüm hökmünə məhkum etdiyinə görə Səudiyyə Ərəbistanını qonaq ölkə statusundan məhrum etmişdi.

XS
SM
MD
LG