Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:45

Azərbaycan ədiblərinin əsərlərində "yaltaqlıq" sözü necə işlənib?


Kitabxana
Kitabxana

-

- Dünyada yaltaqlıq nə olduğunu Mirzə bilməzdi. Əbdürrəhim bəy Haqverdiyev

- Sona xala yalan, yaltaqlıq, alçaqlıq sevməz bir qadın idi. S.S.Axundov

- Hərəkətlərdə də, sözlərdə də ürəkbulandırıcı bir yaltaqlıq və gizli bir vahimə müşahidə edən Firidun titrəməyə başladığını hiss etdi. Mirzə İbrahimov

- Mən dünyada hər şeydən artıq yaltaq adamlardan iyrənirəm. Məmməd Səid Ordubadi

- Şeir gəzdi dilləri, gəlib çatdı saraya; Aldı yaltaq kübarlar Zülfüqarı araya. M.P.Vaqif

- Olmasaydı cahanda sarsaqlar; Ac qalardı, yəqin ki, yaltaqlar. M.Ə.Sabir

- Yaltaqları hazırlayan saraylar və hökmdarlardır. M.S.Ordubadi

OxuZalı

XS
SM
MD
LG