Bazar ertəsi, May 30, 2016 Bakı vaxtı 16:30

    Cəmiyyət

    21 aydır maaş almırlar

    EtirazçılarEtirazçılar
    x
    Etirazçılar
    Etirazçılar

    Bunu da oxu

    Video Qızıl mədənlərində Əliyevlərin payı

    Hökumətin yataqları güzəştli şərtlərlə verdiyi xarici şirkətlərin kökü Panamaya, Leyla və Arzu Əliyevaların adına olan ofşor qurumlara çıxır.

    -

    Yanvarın 25-də iki ildir əmək haqlarını ala bilmədiklərini deyən, Daşkəsəndən olan bir qrup fəhlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında yığışıb. Onlar AIMROC şirkətinin Çovdar qızıl yatağının fəhlələridir. 

    Fəhlələr deyir ki, AIMROC şirkəti yoxa çıxıb, onlar da nə maaşlarını, nə də sənədlərini ala bilirlər. Nazirlikdə qəbuldan çıxan fəhlələr Milli Məclisə üz tutublar. 

    «ƏLİNDƏ MƏHKƏMƏ QƏRARLARI OLANLAR VAR»

    Şirkətin işçilərindən biri Hacı Məmmədov söyləyib ki, bütün dövlət orqanlarına müraciət etsələr də, 21 aydır maaşlarını əldə edə bilmirlər:

    «Milli Məclisdə bizə heç bir ümid vermədilər. Dedilər, «məhkəməyə müraciət edin». Məhkəməyə müraciət edənlər, əlində məhkəmə qərarları olanlar var. Ancaq yenə də əmək haqlarını ala bilməyiblər. Belə başa düşürük ki, bizi prezident İlham Əliyev qəbul etsə, bu məsələ həll oluna bilər». 

    EtirazçılarEtirazçılar
    x
    Etirazçılar
    Etirazçılar

    Başqa bir fəhlə Cümşüd Əsgərli isə deyir ki, şikayətlərinə heç yerdə baxılmır:

    «21 ay zəhmət çəkib işləmişəm, ancaq əməkhaqqımı ala bilmirəm. Hara şikayət etsən də, bir cavab verən olmur». 

    «NƏYİ GÖZLƏMİSİNİZ?»

    Mehman İsmayılov adlı fəhlə isə işçilərin çoxunun banklara borcu olduğunu bildirir:

    «Belə şey olar? Bu müddətdə adamın pulunu verməzlər? Müraciət etdiyimiz yerlərdə deyirlər ki, «21 ayda nə yemisiniz, nəyi gözləmisiniz?». Sizin cavablarınızı gözləmişik, ancaq heç bir cavab verməmisiniz». 

    Fəhlələr əmək müqavilələri olsa da, bu müqavilənin heç nəyə yaramadığını bildiriblər. 

    Hələlik AIMROC şirkətindən açıqlama almaq mümkün olmayıb.

    AzadlıqRadiosunun bir neçə il öncə apardığı araşdırma bu konsorsiuma prezident İlham Əliyevin qızlarına məxsus şirkətlərin daxil olduğunu üzə çıxarmışdı.

    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Anonim
    31.01.2016 02:11
    Man hec,kimi yox .ozum issizam cunki bizim bacardigmiz isi basqa olka vatandasl isliyir.

    Kimdən: dima
    25.01.2016 19:18
    Qanun var olkede qanunlar ancaq kasiblara ziyan vurmaqdan otridi qanun olsaydi buboyda ozbawinaliqlara yol verilmezdi

    Kimdən: eloğlu Haradan: Az.
    25.01.2016 18:17
    ...İşki qaldı arvada,ölən günü sal yada...

    Kimdən: Mübariz Haradan: Almaniya
    25.01.2016 15:42
    Dövlet demek ferdlerin bir araya gelib Konstitusiya(qanun) yazib icra edilmesidir. Bu insanlara qanunla zemanet verilmishken neden hüquq bu vetendashlar üchün icra edilmir? Vetendashlar chekdikleri zehmetin qarshiliginda emekhaqqini ala bilmirler. Shikayet etdikleri dövlet qrumlari da vetendashlarin shikayetlerine baxib haqlarini temin etmir. Demeli ölkede qanunlar sadece kagiz üzerindedir YAP rejimi ise bu herci- merciliyin qyanagidir.
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb

    "Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik, dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin”.

    19 şərh

    Sonya: Heç də düzgün deyil iyun ayında dərslərin bitməsi. Dərs keyfiyyəti artmıraq üçün keyfiyyətli ... davamı

    Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

    AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şərti cəza ilə azad edildi.

    18 şərh

    наджибулла: Tarixi sexsiyyet mehz bele yaranir. davamı

    Cümhuriyyət qurucularına dövlətin münasibəti səni qane edirmi?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz.

    13 şərh

    Asiman Əsədsoy: Birincisi, bu dövlətin deyil, hökumətin münasibətidir. İkincisi, xalqına dəyər verən başçı xalqın dəyərlərinə ... davamı

    Ən çox...