Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 23:03

Dünyanın ən qədim nağılı "Dəmirçi və İblis"


Ukraynada dəmirçi festivalı, 14 nonyabr 2015
Ukraynada dəmirçi festivalı, 14 nonyabr 2015

-

Ön söz

Dünyanın ən qədim nağılı Bürünc dövründə yazılıb, təxminən 6 min il yaşı var.

Durham Nueva de Lissabon universitetlərinin alimləri Hind-Avropa nağıllarının qədim köklərinin müqayisəli filogenetik təhlili zamanı bu qərara gəliblər.

İblis. İllüstrasiya
İblis. İllüstrasiya

Onlar Hindistandan Skandinaviyaya qədər 200 cəmiyyətin 20 mindən artıq cürbəcür nağıllarını təhlil ediblər.

Bu nağılların köklərini müəyyən etmək üçün biologiyadakı filogenez ağacına bənzər ağac çəkiblər. Ağac həm indiki, həm də artıq mövcud olmayan hind-Avropa dilləri əsasında qurulub.

Türk nağılları da daxil olmaqla, bütün hind-Avropa nağıllarının üç mifologiyanınn motivləri əsasında yazıldığı məlum olub: german, yunan-Roma və kelt mifologiyası.

Hələ hind-Avropa dillərinin bir-birindən ayrılmadığı vaxtlarda bir nağıl varmış ki, o nağıl sonra müxtəlif variantlarda hər bir dilə köçüb. Söhbət “Dəmirçi və iblis” nağılından gedir.

"Dəmirçi və İblis" nağılı

Biri varmış, biri yoxmuş, bir kənd varmış. Bu kəndin adamları pozğun insanlarmış. Onların arasında yalnız bir yaxşı adam varmış. Adı Temerjis imiş, adının mənası dəmirçi olduğuna görə o, özü də dəmirçi işləyirmiş.

İblis onu da başqaları kimi pis adam etmək istəyirmiş. Bir gün İblis onun dükanına gəlib deyir:

"Mən əla dəmirçiyəm, bu işi yaxşı bilirəm. Bir qızdıranda on çəkic düzəldirəm. Mənim şagirdim olsan, sənə gündə 15 quruş verərəm."

Dəmirçi çox sevinib razılaşır.

İranda Zərdüştilik festivalında insan "iblis"lə savaşır 29 yanvar, 2013
İranda Zərdüştilik festivalında insan "iblis"lə savaşır 29 yanvar, 2013

Günlərin bir günü dəmirçinin yanına bir qoca kişi gəlir. O, dəmirçiyə deyir: "Haqqında çox eşitmişik. Bəs qocanı təzədən cavan edə bilərsənmi?"

Dəmirçi təəccüblənir: "Nə danışırsan? Biz yalnız çəkic və kürə düzəldirik. Adamları cavanlaşdırmaq əlimizdən gəlməz."

Bu vaxt iblis meydana girir. "Usta, mən qocanı cavan edə bilərəm. Gəl otur ocaqda. Dəmirçi, götür çəkicini. Çəkiclə bu kişini zindanı döyən kimi döy, onda qoca cavan olacaq."

İblis doğru deyirmiş. Dəmirçi qocanı çəkiclə döyür, qoca doğrudan da cavanlaşır. Qoca sevincək kəndə qaçıb, bu xəbəri hamıya yayır.

Qocanın kəndindən bir kişi də dəmirçinin yanına gəlib deyir: "Ey dəmirçi, eşitmişəm qocanı cavan edirsən. məni də cavanlaşdır, yalvarıram." Dəmirçi deyir: "Gəl görək nə edə bilirik."

Bu səfər dəmirçinin yanında İblis yox imiş. Qoca oturur, dəmirçi başlayır onu vurmağa. Kişini çoxlu-çoxlu döyür. Amma kişi yenə həmin qocadır. Birazdan dəmirçi qocanı öldürdüyünü görür.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG