Keçid linkləri

2026, 25 Oktyabr, bazar, Bakı vaxtı 22:01

71 nardaranlı azadlığa buraxılıb

Nardaran
Nardaran

-

Nardaran hadisələri ilə bağlı inzibati qaydada həbs olunan 71 nəfər azadlığa buraxılıb.

Bu barədə Trend-ə Nardaran sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, hazırda Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində 3 qəsəbə sakini qalıb ki, onların da inzibati həbs müddəti yaxınlarda başa çatacaq.

Ötən il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı ikisi polis olmaqla 7 nəfər həlak olub. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov başda olmaqla 32 nəfər saxlanılıb. Onlar barəsində həbs-qətimkan tədbiri seçilib, cinayət işi başlanıb.

This item is part of
XS
SM
MD
LG