Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:36

"200 manat maaş üçün 8 min təhsil haqqı"


Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti

-

Tələbə İncəsənət Universiteti haqqında: "İki min manat pul ödədim o məhəllə çayxanasına. Sonra da gördüm ki, nəinki ödənişsiz oxuyan tələbələri, heç bəzi müəllimləri də oturduğu kürsüyə layiq deyil. Ona görə də imtina etdim."

Orxan Bahadırsoy

Universitetlə zarafat

Orxan Bahadırsoy
Orxan Bahadırsoy

İkinci ali təhsilimdən imtina edəndən sonra ailə və qohumlar, bəzən dost-tanışlar belə, məni bezdirəcək qədər məsləhətlər, tövsiyələr verməyə başladılar. Hamısı da şablon: diplom belə gəldi, ali təhsilin vacibliyi elə getdi...

Mən də bu söz yığınlarına bir cavab vermək istədim: yay mövsümündə İncəsənət Universitetinə bərpa olunmaq üçün müraciət etdim. Heç əziyyətə salmadan, bir ərizə ilə bərpa etdilər məni: Teatr, Kino Aktyorluğu, 2-ci kurs, qiyabi və ödənişli təhsilə.

Hər dəfə bu ödənişli sözünü görəndə təpəmdən tüstü çıxır. Siz təsəvvür edin:

Hansısa teatrda işləyib uzağı, 200 manat maaş almaq üçün, Yasamalın alçaq təpəsinin ətəklərində yerləşən adi bir məhəllə çayxanasının sənə verəcəyi möhürlü sənədə görə ildə 2000 manat pul köçürüb, guya ali təhsil almalısan.

hansısa teatrda işləyib uzağı, 200 manat maaş almaq üçün, Yasamalın alçaq təpəsinin ətəklərində yerləşən adi bir məhəllə çayxanasının sənə verəcəyi möhürlü sənədə görə ildə 2000 manat pul köçürüb, guya ali təhsil almalısan.

Bu, edir 4 ilə 8000 manat.

Əslində bu 8000 manat sənətə fəda olsun. Sənətin qarşısında heçnədir milyonlar belə. Amma əsl sənətin!

Daha bu universitetdən çox məhəlllə çayxanasına oxşayan, bəzi tələbələri müəllimlərindən daha istedadlı və bilikli olan, yaradıcılıq proseslərindən başqa hər şeyə məkan olan sözdə təhsil binasına fəda etmək olmaz o məbləği.

O pulla sadə bir restoran-kafe açıb bu ölkənin nəinki aktyor və rejissorlarından, bütün ziyalı, təhsilli, bilikli, bacarıqlı adamlarından daha çox pul qazanmaq olar!

İncəsənət Universiteti içində sənət eşqi olan gənclərin hamısını məhv elədi, qanadlarını qırdı, onları zirvəyə qaldırmaqdansa, uçurumdan aşağı atdı.

İndi məni də ora bərpa ediblər. Gözləyirlər ki, dərslərə gedim, bir də ki, illik təhsil haqqını ödəyim. Ay gəldim a! Ay ödədim a!

Bundan sonra ancaq yuxuda görə bilərsiz ki, mən universitetin qapısından ödənişli təhsil üçün tələbə olaraq girmişəm...

Mən qabiliyyət imtahanında rüşvət vermədim deyə, ödənişli təhsilə saldılar.

Bakı Dövlət Universitetində tələbələrin etirazları, noyabr, 2013
Bakı Dövlət Universitetində tələbələrin etirazları, noyabr, 2013

Sonra mən xam vaxtlarımda iki min manat pul ödədim o məhəllə çayxanasına. Sonra da gördüm ki, nəinki ödənişsiz oxuyan tələbələri, heç bəzi müəllimləri də oturduğu kürsüyə layiq deyil. Hiss etdim ki, mən həm özümə, həm də özüm kimilərin hamısına böyük haqsızlıq etmişəm. Ona görə də imtina etdim.

Bu il bərpa olunmağım isə sizinlə etdiyim kiçik bir zarafat idi. İndi o jurnala qaiblərimi yazın, sonra da məni qovun ordan! Elə qovun ki, bir də heç kəs məndən bərpa olunmağımı istəməsin. Birdən ağlım çaşsa, özüm bərpa olunmaq istəsəm, o da mümkün olmasın.

Çünki mən sözün əsl mənasında sizin təhsil sisteminizə, sizin rüşvətxor xislətinizə, ümumiyyətlə, sizin mövcudiyyətinizə nifrət edirəm! Məni o hala saldınız ki, indi itərəcək heç nəyim yoxdur. Bütün olanımı da sizin o miskin binanızda itirdim.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG