Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:01

Cahangir Hacıyev özünü təqsirli bilmir


Cahangir Hacıyev
Cahangir Hacıyev

-

Beynəlxalq Bankın Idarə Heyətinin keçmiş rəhbəri Cahangir Hacıyev özünü cinayət işi üzrə təqsirli bilmir. Bunu onunla görüşən vəkil Aqil Layıcov APA-ya deyib.

Vəkil bildirib ki, C.Hacıyevin səhhətində problemlər var: «O, hələ də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır. Evdən gətirilən yeməkləri ona vermirlər. Orada verilən yeməkləri isə yeyə bilmir. Lakin dərmanlarını verirlər» .

Nərimanov rayon Məhkəməsinin qərarı ilə C.Hacıyev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.

Beynəlxalq Bankın keçmiş rəhbəri bu ilin martında «səhhəti ilə bağlı» istefaya gedib. Daha sonra onun idarə etdiyi bankda milyonlarla manat məbləğində geri qaytarılmayan kreditlərlə bağlı cinayət işi açılıb. Bankın müştərisi olan bir sıra iş adamları saxlanılıb, bəziləri borcunu ödədikdən sonra sərbəst buraxılıb.

Bu müddətdə mətbuat «yarıtmaz və məsuliyyətsiz idarəçiliyə görə Cahangir Hacıyev niyə həbs olunmur» sualını dəfələrlə versə də, o, bir müddət öncə - qudası, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən çıxarılmasından sonra saxlanılıb.

XS
SM
MD
LG