Keçid linkləri

2025, 08 Dekabr, bazar ertəsi, Bakı vaxtı 04:58

«Qarabağ» turnir cədvəlində birincidir


«Qarabağ» azarkeşi.
«Qarabağ» azarkeşi.

-

Futbol üzrə Topaz Premyer Liqasının XV turu çərçivəsində keçirilən üç oyundan sonra Ağdamın «Qarabağ» komandası liderdir. 

Lənkəranda «Xəzər-Lənkəran» komandası «Qəbələ»yə 0:1 hesabı ilə uduzub. 

«Neftçi» və «Zirə» komandaları arasında keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

«İnter» isə «Qarabağ»a 0:1 hesabı ilə məğlub olub. Bu qələbədən sonra hesabındakı xalların sayını 35-ə çatdıran «Qarabağ2 turnir cədvəlindəki birinciliyini möhkəmləndirib. «Qəbələ» 27 xalla ikinci, «Zirə» isə 25 xalla üçüncü pillədə qərarlaşıb.

Dekabrın 7-də turun digər matçları – «Sumqayıt» - «Kəpəz» və «Rəvan» – AZAL qarşılaşmaları oynanılacaq. 

XS
SM
MD
LG