Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:34

Məşhur rejissor Eldar Ryazanov vəfat edib


Eldar Ryazanov
Eldar Ryazanov

SSRİ xalq artisti Ryazanovun çəkdiyi 30-dək filmin demək oalr hamısı sovet və Rusiya ekranlarında hit olub.

Rusiyanın TASS rəsmi xəbərlər agentliyinin məlumatına görə tanınmış kino rejissoru Eldar Ryazanov 88 yaşında xəstəxanada vəfat edib.

O ürək çatışmazlığından əzab çəkirdi.

SSRİ xalq artisti Ryazanovun çəkdiyi 30-dək filmin demək oalr hamısı sovet və Rusiya ekranlarında hit olub.

Onun “Karnaval gecəsi”, “Özünü avtomobildən qoru”, “Qəddar romans”, “Xidməti məhəbbət”, “Taleyin kinayəsi və ya həmişə təmizlikdə” və “İki nəfərlik vağzal” filmləri Azərbaycan kinosevərlərinə də yaxşı tanışdır.

Eldar Ryazanov 2014-cü ildə “Kinematoqrafçılar İttifaqının” öz həmkarlarına açıq məktubunu yazmışdı.

Bu məktubda Rusiyanın Ukraynaya müdaxiləsi pislənirdi.

XS
SM
MD
LG