Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:48

Wi-Fi-dan 100 dəfə sürətli Li-Fi


Li-fi
Li-fi

-

Estoniyanın «Velmenni» şirkəti ofislərdə Li-Fi texnologiyasını test edib.

Şirkət bu texnologiya ilə 1 Qbit/san sürətə çatdığını açıqlayıb. Bu da orta statistik Wi-Fi şəbəkəsi ilə müqayisədə 100 dəfə çox sürət deməkdir.

Li-Fi şəbəkəsi üzərində iş 2011-ci ildən başlayıb.

Şəbəkədə məlumatlar nanosaniyələr içində LED işıqlarla ötürülür. Texnologiyanın tək çatışmazlığı budur ki, işıq şüaları Wi-Fi kimi divarlardan keçə bilmir. Lakin, bu amil şəbəkəni daha təhlükəsiz edir.

«Velmenni» şirkətinin direktoru Deepak Solanki bildirib ki, texnologiya növbəti yaxın 3-4 il ərzində istifadəyə verilə bilər.

XS
SM
MD
LG