Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:08

Qış turizm kompleksləri dekabrda açılacaq


«Şahdağ» turizm kompleksi
«Şahdağ» turizm kompleksi

-

Azərbaycanın qış turizm kompleksləri gələn aydan mövsümə başlayır.

Qusardakı «Şahdağ» turizm kompleksi dekabrın 15-dən, Qəbələdəki «Tufandağ» qış turizm kompleksi isə dekabrın 20-dən turistləri qəbul etməyə başlayacaq.

Şahdağda xizək avadanlıqlarından birgünlük istifadə üçün böyüklər 25 manat, uşaqlar isə 17 manat ödəməlidirlər. Kanat yolundan istifadə qiyməti isə hələlik məlum deyil.

«Tufandağ» kompleksində isə bütün qiymətlər məlumdur. Burada kanat gəzintisi 6 yaşadək uşaqlar üçün pulsuz, 6 yaşdan böyüklər üçün isə gündə 10 manatdır. Xizək avadanlıqlarından istifadəyə görə yarım gün üçün 30 manat, bütöv gün üçün isə 45 manat ödəməli olacaqsınız. 6 yaşınadək uşaqlar üçün qiymətlər müvafiq olaraq 20 və 30 manat təşkil edir.

XS
SM
MD
LG