Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:18

Polyak nazir Nobel mükafatlı yazıçının əsərini qadağan edir


Elfriede Jelinek
Elfriede Jelinek

- “Polşanın qaranlıq günləridir. Nasist və Sovet senzurası dövrü geri qayıdıb. Polşa kimi tarixi olan bir ölkədə bu cür hərəkət bizə 1989-cu ili xatırladır, hadisələr ora doğru gedir, o zaman bütün yaradıcı məhsullar dövlət senzurasından keçməli idi.”

Avstriya və Polşada teatr çox populyardır

Polşanın yeni mədəniyyət naziri ölkəsinin aparıcı teatrlarından birinə Nobel mükafatlı yazıçının pyesini səhnələşdirməyi qadağan etməyə çalışır, o, bu haqda qərar imzalayıb.

Nazir deyib: “Xalqın pulu pornoqrafiyanı maliyyələşdirmək üçün subsidiya kimi istifadə oluna bilməz.”

Polşa Teatrı
Polşa Teatrı

Söhbət Nobel mükafatlı Avstriya yazıçısı, bir çox azərbaycanlı oxucuların “Pianist” filminin ssenari müəllifi kimi tanıdığı Elfriede Jelinek'in əsərindən gedir.

Mədəniyyət naziri Piotr Gliński həm də mühafizəkarların "Hüquq və Ədalət" hökumətində baş nazirin müavini olduğundan, liberal vətəndaş hərəkatları onun bu qərarını Polşanın senzura dövrünə qayıtması kimi şərh edirlər.

Yazıçı Elfriede Jelinek’in “Der Tod und das Mädchen" (Ölüm və Qız) pyesi artıq səhnələşdirilib, bir neçə dəfə tamaşaçılara göstərilib, indi onun qadağan edilməsinə pornoqrafik elementlər səbəb göstərilir. Nazir deyib: "Biz pornoqrafiyanın hərfi və dolayı mənasıyla savaşırıq.”

Avstriya və Polşada teatr çox populyardır. Teatr mədəni həyatın mərkəzində dayanır.

Şənbə günü Polşa skinhedləri - radikal millətçiləri bu tamaşadan sonra teatra gedənlərə hücum ediblər. Həm də Teatrın bədii rəhbərinin evi yumurta və pomidor atəşinə tutulub.

Polşa teatrının ədəbiyyat meneceri Piotr Rudzki "TheGuardian" qəzetinə deyib:

“Polşanın qaranlıq günləridir. Nasist və Sovet senzurası dövrü geri qayıdıb. Polşa kimi tarixi olan bir ölkədə bu cür hərəkət bizə 1989-cu ili xatırladır, hadisələr ora doğru gedir, o zaman bütün yaradıcı məhsullar dövlət senzurasından keçməli idi.”

Polşa teatrının səhifəsi rejissor Ewelina Marciniak'ın səhnələşdirdiyi bu tamaşanı “işgəncə və qurban arasındakı münasibətlərin tədqiqi” kimi, auditoriya baxımındansa yalnız böyüklər üçün olduğunu ifadə edir.

Teatr rəsmi bəyanat yayıb ki, nazirin sözünə görə tamaşanı ləğv etmək fikirləri yoxdur, biletlər artıq satılıb.

Amma Polşa teatrı illik gəlirinin tən yarısını (830 min funt sterlinq) mədəniyyət nazirliyindən alır, odur ki, indi narahatdırlar. Teatrın meneceri Rudzki:

“İndi biz maliyyə senzurasından qorxuruq. İfadə azadlığına görə cəzalandırıla bilərik.

Hökumətin parlamentdə mütləq üstünlüyü, buna görə də Konstitusiyaya dəyişiklik etmək gücü var.

Özəl sponsorlar üçünsə cəlbedici deyil teatrımız. Çünki biz insanları başqa tərəfə çevirmək istəmirik, onları düşündürmək istəyirik. Maliyyə baxımından biz dövlətdən asılıyıq.”

XS
SM
MD
LG