Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:13

Yaradıcı və provokativ təfəkkürü öldürmək ən pis faşizmdir


Karl Rahder
Karl Rahder

- Rafiq Tağının qətlinə dünyadan reaksiyalar

Karl Rahder beynəlxalq mətbuatda Cənubi Qafqaz, Şərqi Avropa, keçmiş SSRİ, Ukrayna, Dağlıq Qarabağ münaqişəsi və başqa mövzularda jurnalist yazıları və analitik məqalələr yazır. Əfqanıstanda Demokratiya fəalı kimi işləyib.

Çikaqo, Bakı, Tbilisi universitetlərində beynəlxalq münasibətlər mövzusunda mühazirələr oxuyub.

Qafqaza çoxsaylı səfərlərindən birincisini 2004-cü ildə edib. Uzun illər ATƏT-in seçki müşahidəçisi olub.

Karl Rahder

Ədalətsizlik və iztirab payını həddən artıq çox almış Azərbaycan üçün daha bir kədərli gün. Üç gün bundan əvvəl naməlum qatillərin bıçaqladığı Rafiq Tağı bu gün ilkin tibbi yardım gördüyü və dalağının çıxarılması üçün əməliyyat edildiyi xəstəxanada vəfat etdi.

Onun vəziyyəti sabit idi və AzadlıqRadiosuna sağalacağına ümid etdiyini deyəcək qədər özündə idi.

Mən həmişə Rafiq Tağıyla görüşmək istəmişdim, onunla Bakıda bir çay süfrəsi arxasında uzun söhbət etməyi arzulamışdım.

R.Tağı demişdi ki, ona iki nəfər hücum edib və cinayət bu yaxınlarda AzadlıqRadiosunun səhifəsinə yazdığı, İslam Respublikasını tənqid etdiyi "Iran və qloballaşma qaçılmazlığı" yazısına görə ola bilərdi.

Ola bilsin ki, biz heç vaxt R.Tağının qatillərinin kim olduğunu bilməyək. Azərbaycanda şayiələr dəyirmanında isə çoxlu şayiələr dolaşır. Ən maraqlı söz-söhbəti burada təkrarlamaqdan özümü saxlayıram, amma qoy birini deyim.

Bakıdakı İran səfirliyi dünən, R.Tağının ölümündən əvvəl, mətbuat üçün bəyanat yayıb, İran hökumətinin bıçaqlanmada əlbirliyini rədd edib və "kömək üçün" İranın bu məsələylə əlaqəsi haqda hər hansı fikrin "neqativ ab-hava" yaratmaqdan ötrü, "İran-Azərbaycan strateji əməkdaşlığına zərbə vurmaq istəyən sionist qüvvələrin" işi olduğunu əlavə edib.

Bir neçə gün əvvəl yazdığım bloq yazımda qeyd etdiyim kimi, mən həmişə Rafiq Tağıyla görüşmək istəmişdim, onunla Bakıda bir çay süfrəsi arxasında uzun söhbət etməyi arzulamışdım.

Rafiq Tağı
Rafiq Tağı

Bizim söhbət etməyə çoxlu mövzumuz olardı, amma qatillər imkan vermədilər.

Biz elə bir dünyada yaşayırıq ki, yaradıcı və pravokativ bir təfəkkürlə dialoq mümkün deyilmiş.

Bu, ən pis faşizmdir. Bizim Qərbdə adi qəbul elədiyimiz sosial müqavilə Avropa, Asiya və başqa yerlərdə nə qədər kövrəkdir, qorxu və zorakılıq təhlükələri qarşısında yırtılır.

Biz hamımız bu gün R.Tağının ölümünə görə üzgünük, kaş mən ona layiq epitaf (qəbirüstü söz) yazmağı bacaraydım.

2011

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG