Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:22

Qədim Misir şeirləri


-

Hoyku kolleksiyası

Ruscaya tərcümə: Аnna Аxmatova və Vera Potapova

Azərbaycan dilinə tərcümə: Günel Mövlud

Sevginin gücü

1
Sənin sevgin canıma-qanıma işlədi

Qarışdı canımla-qanımla şərabla su qarışan kimi

Elə bil ədviyyat vurdular portağala

Ya da ətirli bala ağ süd qatdılar..

Tez ol, öz Bacının yanına qaç

Uçan atlar nohura

Öküz boyunduruğun

Yanına qaçan kimi...

Sənin sevgin – Göylərin ətasıdır

Saman topasını alovlandıran köz

Uçduğu yerdə ovunu didən Şahindir!

2

Hərdən məni pərt edən şeylər olur

Məsələn, nohurun gözəlliyi

Zanbaq kimi yarıaçıq dodaqlar

Bacımın portağala bənzəyən döşləri

Çıxmaq da mümkün deyil

Bu qolların arasından...

Onun hamar alnı əsir aldı məni

Cəngəllikdəki tələ kimi

Məni özünə dartdı saçlarının buruğu

Vəhşi qaz kimi düşdüm o saçların toruna..

3

Gücüm çatmaz sənin sevgini rədd eyməyə

Arxayın ol, inan özünə!

Mən sevgilimdən dönmərəm, öldrüsəniz də!

Gün uzunu bataqlıqlarda saxlasanız da!

Qamçılayıb, Suriyaya sürgün etsəniz də!

Döyüb Nubiyaya yollasanız da

Palma çubuqlarıyla kürəyimdə

Qançır salıb səhraya göndərsəniz də

Atsanız da Nil çayının ac ağzına

Mən sevgilimdən dönmərəm!

Mən sizin vədlərinizə aldanmaram

Mən sevgiyə qarşı çıxa bilmərəm!

4

Yatağa uzanıb

Özümü xəstəliyə vuracağam

Qonşular baş çəkməyə gələcək...

Sevgilim də gəlib,

Dərdimi dinməzcə anlayaraq

Utandıracaq bütün təbibləri...

XS
SM
MD
LG