Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

Nemtsovu aradan götürməkçün 15 milyon...


Rusiyada müxalifət lideri Boris Nemtsovun qətlinin icraçılarının qonorarı 15 milyon rubl (təqribən 232 min dollar) olmalı imiş. Cinayətin özü isə 2014-cü ilin payızına planlaşdırılırmış.

“Rosbalt” portalı Ruslan Muxudinov adlı şəxsin müttəhim qismində cəlb olunması barədə istintaq sənədini əldə etməyə nail olub. Muxudinov bir neçə gün əvvəl qiyabi qaydada həbs olunub və barəsində beynəlxalq axtarış elan edilib.

Sənəddə Muxudinovun istintaqın müəyyən etdiyi digər şəxlərlə birlikdə altı şəxsə (sənəddə onların adları çəkilir) 15 milyon rubl müqabilində siyasətçini öldürməyi təklif etdiyi qeyd olunur. Daha sonra həmin altı şəxs “mütəşəkkil bir qrup yaradıblar”.

Boris Nemtsov bu il fevralın 28-nə keçən gecə Kreml yaxınlığında Bolşoy Moskvoretski körpüsündə öldürülüb. Qətllə bağlı beş Çeçenistan sakini həbs edilib. Onların hamısı ittihamı rədd edir.

XS
SM
MD
LG