Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:07

Neftin qiyməti 45 dollara endi


Neft qiymətləri 3, 4 faiz azalaraq avqustdan bəri ən aşağı həddə çatıb. Brent markasından olan neftin bir barreli son satışda 45, 81 dollar olub.

Neft qiymətləri 3, 4 faiz azalaraq avqustdan bəri ən aşağı həddə çatıb. Brent markasından olan neftin bir barreli son satışda 45, 81 dollar olub.

Ekspertlərin fikrincə, buna başlıca səbəb İraqın bazara daha çox neft çıxarmasıdır.

Xəbər verilir ki, noyabr ayında 20 milyon barrellik tankerlərin İraqdan ABŞ-a üzəcəyi gözlənilir.

Bu, oktyabr ayı üçün sifarişdən 40 faiz artıqdır. Bu həm də 2012-ci ildən bəri ABŞ-ın bir ayda İraqdan idxal etdiyi ən böyük partiya olacaq. İraq OPEC ölkələri arasında istehsal həcmlərinə görə ikincidir.

Amerikanın özündə də neft anbarları proqnozlaşdırıldığından xeyli artıq doldurulub. Hazırda anbarlarda 6, 3 milyon barrel neft var.

Ekspertlər Amerika neftinin 37 dollara düşəcəyini istisna etmirlər.

Səudiyyə və Rusiyanın rekord həcmlərdə hasilatı davam etdirməsi Brent neftinin də xeyli ucuzlaşmasına yol aça bilər.

XS
SM
MD
LG