Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:28

İlham Əliyev amerikalı admiralı qəbul edib


Ray Mabus.
Ray Mabus.

-

Prezident İlham Əliyev noyabrın 7-də ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Ray Mabus-u qəbul edib.

İlham Əliyev Ray Mabus-un bu səfərinin Azərbaycan ilə ABŞ arasında müdafiə sahəsində əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün yaxşı imkan yaradacağını deyib.

Müdafiə sahəsində əməkdaşlığın uzun tarixə malik olduğunu vurğulayan dövlət başçısı bildirib ki, Azərbaycan tərəfi regionda sabitliyin təminatı istiqamətində səylərini əsirgəmir. Prezident İlham Əliyev ötən dövr ərzində regionda vəziyyətin xeyli dəyişdiyini də qeyd edib.

Ray Mabus Azərbaycan Silahlı Qüvvələrinin Beynəlxalq Sülhməramlı Missiyanın tərkibində Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda uğurla əməkdaşlıq etdiyini vurğulayıb, treninqlərin, qarşılıqlı təcrübə mübadiləsinin, hərbi təhsil sahəsində əməkdaşlığın önəmini qeyd edib.

«Tərəfdaşlıq hər iki tərəfə faydalıdır»

«ABŞ Azərbaycanın təhlükəsizlik sahəsindəki müvafiq nazirlikləri ilə işləməkdə israrlıdır».

ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı məlumatda deyilir ki, Ray Mabus Azərbaycan rəhbərliyi ilə iki ölkənin hərbi qüvvələri arasında olan münasibətləri müzakirə edib.

«Birləşmiş Ştatlar və Azərbaycan uzunmüddətli tərəfdaşlıq əlaqələrinə malikdir. Biz bu tərəfdaşlığın saxlanılması və gücləndirilməsi arzusundayıq. Bu tərəfdaşlıq yaxşı qurulub və hər iki tərəfə faydalıdır», - R.Mabus bildirib.

R.Mabus-un Bakıya səfəri onun Cənub, Afrika, Mərkəzi və Avropa komandanlıqlarına etdiyi beynəlxalq səfərin bir hissəsidir.

XS
SM
MD
LG